• şənbə, 20 Aprel, 02:18
  • Baku Bakı 15°C

Bilik Fondu ideoloji və sosial maarifləndirmə işi aparır

16.06.17 22:29 941
Bilik Fondu ideoloji və sosial maarifləndirmə işi aparır
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu əhalinin ideoloji, sosial və elmi maarifləndirilməsiistiqamətində fəaliyyətin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin mahiyyətinin ölkə əhalisinə çatdırılması məqsədilə silsilə maarifləndiricitədbirlər keçirib.
İyunun 1-dən 15-dək Bilik Fondu ilə yerli icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Bakıda və bölgələrdə "Heydər Əliyev və Azərbaycanda dövlət quruculuğu”, "İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri” mövzularında silsilə mühazirələr təşkil olunub.
Bakı, Gəncə, Sumqayıt,Şirvan,Naftalan şəhərlərində, Beyləqan, Bərdə, Biləsuvar, Hacıqabul, Qazax, Astara, Yardımlı, Xaçmaz, Quba, Qusar, Ağsu, Şamaxı, Abşeron, Ağdam, Tovuz, Şuşa, Ağstafa, Şəmkir rayonlarında yerli ictimaiyyətin nümayəndələri – gənclər, ziyalılar, bölgələrdəki idarə, təşkilat və müəssisələrin, bələdiyyə və təsərrüfat xidmətlərinin əməkdaşları üçün qabaqcıl elm və dövlət xadimlərinin, Milli Məclis üzvlərinin 46 mühazirəsi təşkil olunub.
Mühazirələrdə çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli liderin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti, müstəsna yeri və rolu barədə ətraflı məlumat verilib. Fondun mühazirəçiləri bildiriblər ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət və gərgin əmək nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilib.Azərbaycan dünyada yüksək nüfuza malik olan ölkə kimi tanınır, dövlətimiz bir çox mötəbər beynəlxalq təşkilatlarda təmsil olunur.Ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür, paytaxt Bakı bir sıra yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi ideal məkandır.
Bilik Fondunun mühazirəçiləri – akademik Möhsün Nağısoylu, Akademiyanın müxbir üzvləri Könül Bünyadzadə, Misir Mərdanov və Musa Qasımlı, Milli Məclisin deputatları Elman Nəsirov, Qənirə Paşayeva, Tahir Mirkişi, Aydın Mirzəzadə, Pərvin Kərimzadə, Rəfail Cəbrayılov, professorlar – Əlikram Abdullayev, Elçin Əhmədov, Əmir Əliyev, Kərim Tahirov, Anar İsgəndərli, Nazim Cəfərli, tanınmış jurnalistlər Vüqar Rəhimzadə, Yadigar Məmmədli, Sevinc Əliyeva, Tofiq Abbasovvə başqaları şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində, kənd və qəsəbələrin mədəniyyət evləri və təhsil ocaqlarındainteraktiv şəraitdə keçən mühazirələrdə sakinlərə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, son illərdə ölkədə həyata keçirilən islahatlar nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqi, müşahidə olunan abadlıq və quruculuq işlərindən danışıblar.
Mühazirələrdəhəmçinin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və regionların inkişafına, tikinti sektorunun canlandırılmasına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı konfranslar və idman yarışlarından, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlərdən ətraflı bəhs olunub.
Tədbirlərə qatılan yerli ictimaiyyətin nümayəndələri çıxış edərək onları maraqlandıran aktual məsələlərə toxunub,mühazirəçilərə suallarını ünvanlayıblar. Gələcəkdə Fond tərəfindən təşkil olunacaq maarifləndirici mühazirələrin mövzuları ətrafında fikir mübadiləsi aparılıb, iştirakçılar ölkə başçısının siyasi kursunu, görülən işləri yekdilliklə dəstəklədiklərini bildiriblər.
banner

Oxşar Xəbərlər