• cümə, 19 Aprel, 22:06
  • Baku Bakı 24°C

Biletlər tükənir

13.05.16 16:08 1827
Biletlər tükənir
25 İyun Bakcell arenada IB Club və Neftçi PFK-nin təşkilatçılığı ilə keçiriləcək olan Gənclər Festivalı gənclər tərəfindən ciddi maraqla qarşılanıb. Hələ 1 həftə əvvəl qeydiyyatlarına start verilən IB Gənclər Festivalına artıq 3000-dən çox gənc qatılmağa haqq qazanıb. İlin ən böyük gənclər layihəsi olaraq göstərilən festivalda bu il çoxlu sayda məşhur simanın iştirakı gözlənilir. Layihə direktoru Kəmaləddin Nəzərlinin verdiyi məlumata görə, layihənin əsas məqsədi gənclər üçün 25 İyun tarixini illər sonra da xatırlayıb, gənclərin gəncliyini hiss edəcəyi bir tarix etməkdir: "Qısa müddət ərzində festivalın qonaqları açıqlanacaq. İlin ən böyük gənclik layihəsi 11000-dən çox gəncin iştirakıyla həyata keçiriləcək. Məşhur simaların çıxışları ilə bərabər, festivalda gənclərin əyləncəsi üçün müxtəlif mərkəzlərin fəaliyyəti gözlənilir”.
Yaxın tarixlərdə bitməsi təxmin edilən festival biletlərini əldə etmək üçün onlayn müraciət etmək lazımdır. Festivalda öz yerinizi almaq üçün müraciətlərinizi www.ibgenclerfestivali.az web adresinə göndərə bilərsiniz.
Gənclər festivalında iştirak biletlə və ödənişsizdir.

banner

Oxşar Xəbərlər