Biletlər tükənir
25 İyun
Bakcell arenada IB Club və Neftçi PFK-nin təşkilatçılığı ilə keçiriləcək olan Gənclər
Festivalı gənclər tərəfindən ciddi maraqla qarşılanıb. Hələ 1 həftə əvvəl qeydiyyatlarına start verilən
IB Gənclər Festivalına artıq 3000-dən çox gənc qatılmağa haqq qazanıb. İlin ən
böyük gənclər layihəsi olaraq göstərilən festivalda bu il çoxlu sayda məşhur
simanın iştirakı gözlənilir. Layihə direktoru Kəmaləddin Nəzərlinin verdiyi məlumata
görə, layihənin əsas məqsədi gənclər üçün 25 İyun tarixini illər sonra da
xatırlayıb, gənclərin gəncliyini hiss edəcəyi bir tarix etməkdir: "Qısa müddət ərzində
festivalın qonaqları açıqlanacaq. İlin ən böyük gənclik layihəsi 11000-dən çox
gəncin iştirakıyla həyata keçiriləcək. Məşhur simaların çıxışları ilə bərabər,
festivalda gənclərin əyləncəsi üçün müxtəlif mərkəzlərin fəaliyyəti gözlənilir”.
Yaxın tarixlərdə bitməsi təxmin edilən festival biletlərini əldə etmək üçün onlayn müraciət etmək lazımdır. Festivalda öz yerinizi almaq üçün müraciətlərinizi www.ibgenclerfestivali.az web adresinə göndərə bilərsiniz.
Gənclər festivalında iştirak biletlə və ödənişsizdir.