• cümə, 26 Aprel, 20:21
  • Baku Bakı 22°C

Biləsuvarda Ümummilli liderin 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi

10.05.18 17:03 937
Biləsuvarda Ümummilli liderin 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
10 may 2018-ci il tarixdə Biləsuvar rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər və rayon əhalisi iştirak etdi.
İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyatət edib, əziz xatirəsinə gül dəstələri qoydular.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev bildirdi ki, may ayının 10-u xalqımızın xilaskar oğlu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. Azərbaycanın dünəni, bu günü, sabahı Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün cəsarətlə XX əsri Heydər Əliyev əsri adlandıra bilərik.1969-cu ildən başlanmış bu zəfər yolu nəticəsində Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövlətinin müstəqilliyi dönməz xarakter almış, həyatımızın bütün sahələrində köklü dəyişikliklər və dərin islahatlar həyata keçirilmiş, müstəqil Azərbaycan dünya birliyinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Heydər Əliyev zamanın fövqündə duran bir insan idi. Müstəqil dövlətimizin dərin elmi-təcrübi dayaqlara söykənən siyasi, iqtisadi və beynəlxalq əsaslarının yaradıcısı və qurucusu da məhz Ümummilli liderimiz olmuşdur.Bu müdrik rəhbərin bizə ərməğan etdiyi müstəqil Azərbaycan bu gün sözün həqiqi mənasında dinamik və hərtərəfli inkişaf edən bir ölkədir. Ulu öndərin siyasi kursunu yeni dövrə uyğun olaraq keyfiyyətçə yeni məzmunda uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin gördüyü işlər ölkəmizin daha da çiçəklənməsinə, xalqın yaşayış səviyyəsinin daha da yüksəlməsinə gətirib çıxarmışdır. Cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, bu günkü surətli yüksəlişin təməlində müdrik Heydər Əliyev siyasəti durur.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın, o cümlədən hər bir bolgənin və rayonun inkişafına xüsusi diqqət yetirmişdir. Bu müdrik şəxsiyyətin ölkə rəhbəri kimi Biləsuvar rayonuna da bir neçə dəfə etdiyi tarixi səfərlərin hər biri rayonumuzun sakinlərinin yaddaşında əbədi iz qoymuşdur. Bu gün respublikamızın inkişaf etmiş rayonlarından biri olan Biləsuvar rayonu abad, yaraşıqlı bir diyara çevrilmişdir.Qədirbilən Biləsuvar əhalisi həmişə böyük Heydər Əliyev şəxsiyyətinə hörmət və məhəbbət bəsləmiş, o böyük dühanın siyasi xəttinə, ideyalarına hədsiz sədaqət, etimad göstərmişdir. Biləsuvarlılar Umummili lider Heydər Əliyevin siyasi kursu ətrafında, bu böyük yolun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək yaşayıb yaradır, doğma Biləsuvarı inkişaf etdirirlər.
M.Quliyev çıxışının sonunda bildirdi ki, bu gün bütün Azərbaycan xalqı kimi Biləsuvarlılar da möhtərəm Prezidentimiz cənab İlham Əliyevi ölkəmizdə baş verən tərəqqinin, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir və ona güvənir, Ölkə Prezidenti ətrafında sıx birlik nümayiş etdirirlər.
Tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri və gənc rəssamların hazırladıqları sərgi nümayiş olundu, incəsənət xadimləri və rayon mədəniyyət işçiləri geniş konsert proqramı ilə çıxış etdi.




banner

Oxşar Xəbərlər