• şənbə, 27 Aprel, 07:37
  • Baku Bakı 12°C

Biləsuvar sakini qardaşını odlu silahla qətlə yetirib, daha bir nəfəri isə yaralayıb

01.02.17 10:40 1073
Biləsuvar sakini qardaşını odlu silahla qətlə yetirib, daha bir nəfəri isə yaralayıb
Biləsuvarda silahlı insident zamanı iki nəfər güllələnib, onlardan biri ölüb.APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında rayonun Amankənd kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakini, 1988-ci il təvəllüdlü Adil Alim oğlu Əliyev qardaşı tərəfindən odlu silahla qətlə yetirilib. Digər kənd sakini, 1992-ci il təvəllüdlü Şahin Azər oğlu Əliyev isə baş nahiyyəsindən yaralanıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
banner

Oxşar Xəbərlər