• çərşənbə axşamı, 19 mart, 15:31
  • Baku Bakı 8°C

Biləsuvar rayonunda Novruz bayramına həsr olunmuş tədbir keçirildi - Fotolar

19.03.18 15:41 1113
Biləsuvar rayonunda Novruz bayramına həsr olunmuş tədbir keçirildi - Fotolar
19 mart 2018-ci il tarixdə Biləsuvar rayonunda xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı tədbiri keçirildi.
Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin, təşkilatların, icra nümayəndəliklərinin, bələdiyyələrin rəhbərləri və kollektivləri, KİV nümayəndələri, rayon ictimaiyyəti iştirak etdi.
Tədbir iştirakçıları əvvəlcə Novruz bayramına həsr olunmuş sərgiylə tanış oldular.Sərgidə çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlara tamaşa edildi.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev bayram tədbirində çıxış edərək Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik etdi və hər bir ailəyə bol-bol ruzi-bərəkət, sevincli günlər arzuladı.Mahir Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və birbaşa köməkliyi sayəsində rayonumuzun sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində ciddi uğurların qazanıldığını qeyd edərək, bildirdi ki, bundan sonra da digər bölgələrimiz kimi rayonumuzun da sosial iqtisadi həyatında daha çox nailiyyətlər əldə olunacaqdır.2018-ci il də xalqımız üçün nailiyyətlərlə zəngin bir il olaraq yadda qalacaqdır.Novruz bayramının bütün ailələrə xoşbəxtlik və səadət gətirməsini arzulayan Mahir müəllim bildirdi ki, qoy baharın xoş qədəmləri xalqımıza düşərli olsun, hər bir evə, hər bir ailəyə xeyir-bərəkət, əmin-amanlıq gətirsin.
Sonra bayram tonqalı alovlandırıldı.Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazandılar.
Bayram şənliyi Dədə Qorqudun və Bahar qızının meydana daxil olması ilə daha da canlandı. Novruz bayramının simvolu sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdirdilər, milli adət-ənənələrimizi əks etdirən ayin və mərasimlər canlandırıldı, idmançılarımız və pəhlivanlarımız öz güclərini sınadılar.
Bahar bayramı mədəniyyət və incəsənət ustalarının maraqlı konsert proqramı və rəqsləri ilə davam etdi.









banner

Oxşar Xəbərlər