• şənbə, 20 Aprel, 12:17
  • Baku Bakı 23°C

Biləcəri qəsəbəsində silah-sursat aşkarlanıb

29.05.19 11:30 768
Biləcəri qəsəbəsində silah-sursat aşkarlanıb
Mayın 28-də saat 13:32-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Binəqədi rayonunun Biləcəri qəsəbəsində silah-sursatın tapılması barədə məlumat daxil olub.
ANAMA-danAZƏRTAC-a bildirilib ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə bir ev və həyətyanı sahəyə baxış keçiriblər. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində beş ədəd tüstü şaşkası aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Ətrafdakı 60 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
banner

Oxşar Xəbərlər