• cümə axşamı, 25 aprel, 18:07
  • Baku Bakı 21°C

Bilal Dündar: Azərbaycanda seçkiqabağı mühit sabit və demokratikdir

07.04.18 16:00 779
Bilal Dündar: Azərbaycanda seçkiqabağı mühit sabit və demokratikdir
Azərbaycanda seçkiqabağı mühit sabit və demokratikdir. Bütün proseslər qanun çərçivəsində həyata keçirilir.
Bu fikriAZƏRTAC-a açıqlamasında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib.
Bilal Dündar Azərbaycanda gedən inkişaf proseslərinin beynəlxalq miqyasda da yüksək qiymətləndirildiyini söyləyib. O vurğulayıb ki, prezident seçkilərinə hazırlıq işlərinin getdiyi bir vaxtda Bakının 800-dən çox xarici nümayəndənin iştirak etdiyi Qoşulmama Hərəkatının nazirlər konfransına ev sahibliyi etməsi olduqca təqdirəlayiqdir və bu, qonaqlar tərəfindən də yüksək dəyərləndirildi.
Federasiyanın sədri bütün bu uğurların fonunda bəzi Avropa ölkələrində Azərbaycan əleyhinə çirkin kampaniyaların aparılmasının yolverilməz olduğunu söyləyib. O bildirib ki, anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilən bir neçə şəxsin ölkənin imicinə xələl gətirmək kimi niyyətləri iflasa məhkumdur. Azərbaycan xalqı, xaricdəki Azərbaycan icmaları, cəmiyyət və birlikləri bu antimilli şəxslərin məkrli niyyətlərinə, onların sosial şəbəkələrdə söyüş və təhqirləri "mübarizə” vasitəsinə çevirmələrinə qarşıdırlar. Bu məsələ təkcə Azərbaycanda deyil, Türkiyədə yaşayan azərbaycanlıların da kəskin narazılığına səbəb olub.
banner

Oxşar Xəbərlər