• çərşənbə axşamı, 19 mart, 13:33
  • Baku Bakı 8°C

Bil Qeytsdən mütaliə siyahısı

28.05.18 15:30 1424
Bil Qeytsdən mütaliə siyahısı
Milyardlar qazanmaq, milyarder kimi yaşamaq hamıya qismət olmur. Amma heç nə onlarla ortaq zövqləri paylaşmağınıza mane ola bilməz. Məsələn, bir siyahıda milyarderlərin stolüstü kitabları ilə tanış olduqca görürsünüz ki, siz bu siyahıdakıların hamısını oxumusunuz. Bil Qeyts isə sevdiyi filmləri, görülməli hesab etdiyi yerləri, oxuduğu kitabları şəxsi bloqunda qələmə aldığı qısa postlarla paylaşmağı sevən sosiallaşmağa meylli məşhurlardandır. Bu il də yayın ilk mütaliə siyahısı Qeytsin "GatesNotes” bloqundan gəldi. Dünyanın diqqət mərkəzində olan Qeytsin maraq mərkəzini zəbt etmiş kitablar bu yay mütləq əlinizin altında olsun:
· Corc Saunders – "Linkoln Bardoda” ("Lincoln in the Bardo”)
· Keyt Bauler – "Hər şeyin bir səbəbi var” ("Everything happens for a reason”)
· Devid Kristian – "Yaradılış hekayəsi: Hər şeyin dərin tarixçəsi” ("Origin story: A big history of everything”)
· Henz Rozlinq – "İsbatlılıq: Dünya haqqında yanlış düşüncəmizin 10 səbəbi və ya niyə əslində hər şey sizin düşündüyünüzdən daha yaxşı vəziyyətdədir” ("Factfulness: Ten reasons we are wring about the world and why things are better than you think”)
· Volter Isakson – "Leanardo Da Vinçi”
banner

Oxşar Xəbərlər