Bil Qeytsdən mütaliə siyahısı
Milyardlar qazanmaq, milyarder kimi yaşamaq hamıya
qismət olmur. Amma heç nə onlarla ortaq zövqləri paylaşmağınıza mane ola
bilməz. Məsələn, bir siyahıda milyarderlərin stolüstü kitabları ilə tanış
olduqca görürsünüz ki, siz bu siyahıdakıların hamısını oxumusunuz. Bil Qeyts
isə sevdiyi filmləri, görülməli hesab etdiyi yerləri, oxuduğu kitabları şəxsi
bloqunda qələmə aldığı qısa postlarla paylaşmağı sevən sosiallaşmağa meylli
məşhurlardandır. Bu il də yayın ilk mütaliə siyahısı Qeytsin "GatesNotes”
bloqundan gəldi. Dünyanın diqqət mərkəzində olan Qeytsin maraq mərkəzini zəbt
etmiş kitablar bu yay mütləq əlinizin altında olsun:
· Corc Saunders – "Linkoln Bardoda”
("Lincoln in the Bardo”)
· Keyt Bauler – "Hər şeyin bir səbəbi
var” ("Everything happens for a reason”)
· Devid Kristian – "Yaradılış hekayəsi:
Hər şeyin dərin tarixçəsi” ("Origin story: A big history of everything”)
· Henz Rozlinq – "İsbatlılıq: Dünya
haqqında yanlış düşüncəmizin 10 səbəbi və ya niyə əslində hər şey sizin
düşündüyünüzdən daha yaxşı vəziyyətdədir” ("Factfulness: Ten reasons we are
wring about the world and why things are better than you think”)
· Volter Isakson – "Leanardo Da Vinçi”