• şənbə, 20 Aprel, 06:17
  • Baku Bakı 14°C

Bidzina İvanişvili Gürcüstanın hakim partiyasının sədri olub

26.04.18 15:30 516
Bidzina İvanişvili Gürcüstanın hakim partiyasının sədri olub
Gürcüstanın hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının sədri dəyişib.
APA-nın yerli bürosunun məlumatına görə, baş nazir Giorgi Kvirikaşvili partiya sədrliyindən istefa verib.
Keçmiş baş nazir, "Gürcü Arzusu" blokunun yaradıcısı, iş adamıBidzina İvanişvilihakim partiyanın sədri təyin olunub. G.Kvirikaşvili deyib ki, partiyaya rəhbərlik B. İvanişviliyə təklif olunub və o, təklifi qəbul edib. Baş nazir qeyd edib ki, yaxın gələcəkdə partiyanın qurultayı keçiriləcək: "İnanıram ki, partiyaBidzina İvanişvilinin sədrliyini yekdilliklə dəstəkləyəcək".
banner

Oxşar Xəbərlər