• cümə axşamı, 18 aprel, 23:27
  • Baku Bakı 21°C

Bıçaqlanan gəlin və qayınanasının vəziyyəti düzəlir

05.09.13 14:34 1409
Bıçaqlanan gəlin və qayınanasının vəziyyəti düzəlir
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Daşkəsəndə bıçaqlanma hadisəsi qeydə alınıb. Gəlin və qayınananın mübahisəsi sonda qanla bitib.
Hadisə dünən günorta saatlarında Yuxarı Daşkəsən yaşayış massivi səməd Vurğun küçəsi ev 77-də qeydə alınıb. Qədimovlar ailəsinin gəlini 23 yaşlı Elnarə Əsgərova 56 yaşlı qayınanası Validə Qədimova ilə ailə münaqişəsi zəminində mübahisə edib. Əsəblərini cilovlaya bilməyən gəlin əvvəlcə qayınanasına məişət bıçağı ilə xəsarət yetirib, daha sonra özünü bıçaqlayıb. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibii Yardım Xəstəxanasının müxtəlif şöbələrinə yerləşdirilib.
Həkim Telman Feyzullayev: “Dünən 16:00 radələrində Daşkəsən rayonundan təcili tibbi yardım maşını ilə şöbəyə yaralı qadın gətirilib. Müayinə zamanı yaralının bədəninin sol nahiyəsindən bıçaqla vurulduğu aşkar edilib, yaralarına tikiş vurularaq qanaxma dayandırılıb. Hazırda şöbədə nəzarətdə saxlanılır, vəziyyəti yaxşıdır”.
Həkim Etibar Abbasov: “Daşkəsən rayonunudan 1990-cı il təvəllüdlü Əsgərova Elnarə Eldar qızı qarının ön divarının kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanamıza daxil olub. Yaralar tikilib. Daxilə bıçaq zərbəsi nüfuz etməyib, hazırda xəstənin ümumi vəziyyəti kafidir”.
Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
Hadisənin hansı şəraitdə törədildiyi müəyyən edilir. Xatırladaq ki, Elnarə Əsgərova 2 ildir ki, ailə qurub və onun həyat yoldaşının tüfeyli həyat sürdüyü deyilir.
banner

Oxşar Xəbərlər