• çərşənbə, 24 Aprel, 17:27
  • Baku Bakı 27°C

“Böhranda olduğumuzu deyənlər xəstədirlər”

02.11.17 13:23 1088
“Böhranda olduğumuzu deyənlər xəstədirlər”
Dortmund Borussiya”sının icraçı direktoru Hans-Yoahim Vatske komandanın baş məşqçisi Peter Boşun müdafiəsinə qalxıb.
Kaspi.az xəbər verir ki, Vatske baş məşqçini tənqid edənlərin fikirlərini bölüşmür. O, komandanın böhranda olduğunu söyləyənləri də xəstə adlandırıb:
"Borussiya”nın böhranda olduğunu deyənlər xəstədirlər. Bizim klubda hər kəs Boşla əla əməkdaşlıq edir. Hər kəs də bir-birinə etimad bəsləyir.
Düzdü, bu amil uğurun əsas kriteriyası sayılmır. Uğur nəticələrin göstəricisi hesab olunur. Uzunmüddətli hədəfimiz daim Çempionlar Liqasına vəsiqə əldə etməkdi.
Belə futbolçularla isə bu tapşırığı yerinə yetirməyə borcluyuq”.
banner

Oxşar Xəbərlər