• cümə, 19 Aprel, 23:54
  • Baku Bakı 24°C

Böhran keçirən Milli Şuraya növbəti İbrahimbəyov zərbəsi

14.09.13 08:37 1668
Böhran keçirən Milli Şuraya növbəti İbrahimbəyov zərbəsi
Milli Şuranın sədri Rüstəm İbrahimbəyov rəhbərlik etdiyi təşkilata qarşı daha bir gözlənilməz jest edib. Belə ki, o, Milli Şuranın vahid namizədi Cəmil Həsənli və icra aparatının rəhbəri Eldar Namazovun London səfərinə qatılmaqdan imtina etməklə silahdaşlarını yarıyolda qoyub.
Dünənə qədər verdiyi açıqlamalarda sentyabrın 12-də Londona mütləq səfər edəcəyini və orada C.Həsənli və E.Namazovla birlikdə bir sıra görüşlərə qatılacağını bildirən R.İbrahimbəyov növbəti dəfə sözünün üstündə durmayıb.
Milli Şura sədri London səfərinə qatılmaqdan imtina etməsi ilə bağlı sualı cavablandıran R.İbrahimbəyov AzNews.az-a açıqlamasında bildirib ki, Londona səfər etməkdən daha vacib işləri olduğu üçün İngiltərə paytaxtına getməyib: “Daha vacib işlərim çıxdı. Buna görə də Londona getmədim. Getməyəcəyəm”.
Qeyd edək ki, Milli Şura rəsmiləri də London səfəri barədə verdikləri açıqlamalarda bildirirdilər ki, R.İbrahimbəyov sentyabrın 12-də Moskvadan birbaşa Londona gedəcək və C.Həsənliyə oradakı görüşlərdə dəstək verəcək. Ancaq məlum oldu ki, R.İbrahimbəyov Milli Şuranın yaranmasından bəri verdiyi bütün vədlər kimi bu vədinə də xilaf çıxdı.
Londonda olan Eldar Namazov APA-ya açıqlamasında R.İbrahimovun görüşlərə qatılmamasını onun işlərinin çoxluğu ilə əlaqələndirib: “Rüstəm müəllim bu dəfə görüşlərə qatılmayacaq. Ancaq bir müddət sonra Londona səfər edərək, burada görüşlər keçirəcək”.
«EL» hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev isə bütün deyilənləri təkzib edərək söyləyib ki, İbrahimbəyovun səhhətində problemlər yarandığından görüşlərə qatılmayıb. Onun deməsinə görə, ssenaristin böyrəyində daş var və vəziyyəti pisləşdiyindən Londondan imtina edib.
“El” hərəkatının sədr müavini, politoloq Zəfər Quliyev isə bu barədə yenicə məlumat aldığını və məyus olduğunu deyib: «Hələlik yalnız onu deyə bilərəm ki, buna təəssüflənirəm”. Eldar Namazovun башга bir müavini Köçəri Nağıbəyli isə Milli Şura sədrinin Londona getməməsini sualla qarşılayıb: “Getməyib? Nə bilim, vallah. Deyəsən, gizli oyunlar gedir”.
Dünən günün sonunda yayılan xəbərlərdən belə məlum olub ki, R. İbrahimbəyov vacib görüşlərini sən demə Londonda yox, Moskvada keçirirmiş. Elə buna görə də Nаmazov-Həsənli cütlüyünü xarici səfərdə müşayiət etməyib.
Göründüyü kimi, Rüstəm İbrahimbəyov növbəti dəfə onsuz da böhran keçirən Milli Şuranı pis vəziyyətə qoyub. Seçki kampaniyasında təbliğat-təşviqat kampaniyasının başlamasına 2 gün qalmış Cəmil Həsənliyə və Şuradkı arkadaşlarına arxadan zərbə vurub. Dünən KİV-lərdə belə bir məlumat da gedib ki, əslində Rüsət İbrahimbəyov səhv yolda olduğunu anlayıb. Azerinfo.org saytı belə bir məlumat yayıb ki, onun səfərdən imtinası Milli Şura üzvləri üçün əslində sürpriz olmayıb. Çünki təxminən 20 gündür ki, o, müxalifət təmsilçilərinin telefonlarına cavab vermir, danışdığı şəxsləri isə acılayır. Mənbənin əldə etdiyi məlumata görə uğursuz siyasi karyerasından bezən kino xadimi həyatının keçmiş harmoniyasını bərpa etmək istəyir. Hakimiyyətlə yenidən barışmağın yollarını arayan, ondan qaçaq düşən milyarderlərlə münasibətlərini bərpa etmək istəyən İbrahimbəyovu artıq müxalifət maraqlandırmır. Başqa sözlə desək indi İbrahimbəyov əfv diləmək üçün ünvan axtarır.
Buna paralel olaraq Milli Şuranın üzvü, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev də Cəmil Həsənlini tənqid etməkdə davam edib. O deyib ki, müxalifət “xalq Cəmil Həsənlini dəstəkləyir” kimi şüarlar səsləndirib xalqın inamını alt-üst edəcək. Eks-spiker yenidən müxalif cəbhəyə səslənib. Onları xalqı aldatmaqda ittiham edib.
Beləliklə, bütün bunlar hələ seçki təbliğatı başlamamış müxalifətin öz məğlubiyyəti ilə barışdığını göstərir. İndi müxalifət seçkilərdə uğur qazanmaqdan çox, öz daxilindəki problemlərin həlli haqqında düşünməlidir.
İlham QULİYEV
banner

Oxşar Xəbərlər