• şənbə, 27 Aprel, 01:36
  • Baku Bakı 14°C

Bəzi yerlərində notariat kontorları ləğv olunur

18.01.19 10:52 408
Bəzi yerlərində notariat kontorları ləğv olunur
Azərbaycanın bəzi yerlərində notariat kontorları ləğv olunur.
"Report” xəbər verir ki, bu, Prezidentİlham Əliyevin imzaladığı bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqındafərmanda əksini tapıb.
Fərmana əsasən, həmin qurumlarınxidmətləri yalnız "ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.
Belə ki, bundan sonra notariusların həyata keçirdiyi dövlət xidmətləri Bakı şəhərində, habelə "ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərindəyalnız "ASAN xidmət”mərkəzlərində həyata keçiriləcək.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərlə bağlı təkliflərini 3 ay müddətinə Prezidentə təqdim etmək tapşırığı verilib.
banner

Oxşar Xəbərlər