• cümə, 29 Mart, 01:00
  • Baku Bakı 7°C

Bəzi yerlərdə yağış yağacaq, duman olacaq

17.11.17 13:05 2273
Bəzi yerlərdə yağış yağacaq, duman olacaq
Bakı və Abşeron yarımadasında noyabrın 18-də buludluhavaşəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.

ETSN-dənAPA-ya verilən məlumata görə,havanın temperaturunun gecə 10-12° isti, gündüz 14-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 765 mm civə sütununa enəcək.

Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 15-18° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər