• cümə axşamı, 28 mart, 21:54
  • Baku Bakı 13°C

Bəzi yerlərdə intensiv yağış, sulu qar, qar yağacaq

21.11.17 15:00 2479
Bəzi yerlərdə intensiv yağış, sulu qar, qar yağacaq
Bakı və Abşeron yarımadasında noyabrın 22-dəhavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
ETSN-dənAPA-ya verilən məlumata görə,havanın temperaturunun gecə 10-13° isti, gündüz 13-16° isti, Bakıda gecə 10-12° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-10° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər