• cümə axşamı, 25 aprel, 13:56
  • Baku Bakı 23°C

Bəzi xəstəliklər zamanı isti vanna qəbul etmək yolverilməzdir

19.10.18 15:24 1010
Bəzi xəstəliklər zamanı isti vanna qəbul etmək yolverilməzdir
Soyuqdəyməyə qarşı mübarizə formalarından biri kimi ayaqların isti vannaya qoyulmasından istifadə edilir. Bu, nə dərəcədə doğrudur?
Paytaxtdakı 19 nömrəli poliklinikanın həkim-terapevti Gülnarə Məmmədova bu barədəAZƏRTAC-a deyib: "Varikoz genişlənmə, tromboflebit olduqda ayaqların isti vannaya qoyulması xəstəliyin inkişaf etməsi ilə yanaşı yeni problemlərin yaranmasına da səbəb ola bilər. Böyrək xəstəlikləri zamanı da ayaqları isti suya qoymaq məsləhət görülmür. Bundan əlavə şəkərli diabet səbəbindən ayaqlarda meydana çıxan yaralar varsa, isti vanna qəbulu yolverilməzdir”.
Həkim-terapevt sadəcə soyuqdəyməyə qarşı isti vanna qəbulu zamanı xardal yağından istifadə etməyin faydalı olduğunu bildirib. Lakin həmin prosedur zamanı suyun temperaturu təxminən 37-38 dərəcə olmalıdır.
banner

Oxşar Xəbərlər