• şənbə, 20 Aprel, 02:04
  • Baku Bakı 15°C

Bəzi rayonlarda yağış, dağlıq ərazilərdə isə qar yağacaq

13.04.21 14:45 469
Bəzi rayonlarda yağış, dağlıq ərazilərdə isə qar yağacaq
Aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
ETSN-in Milli Hidrometeorologiya XidmətindənAPA-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 16-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Aprelin 14-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 7-12, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprelin 14-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
banner

Oxşar Xəbərlər