• çərşənbə axşamı, 23 aprel, 17:35
  • Baku Bakı 24°C

Bəzi ölkələrdə azərbaycanlıların hüquqları kobud şəkildə pozulur

26.12.13 10:25 1258
Bəzi ölkələrdə azərbaycanlıların hüquqları kobud şəkildə pozulur
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, Azərbaycanın tolerant ölkə kimi multikulturalizm ənənələrinə malik cəmiyyəti var: “Azərbaycan dövləti milli, etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq, hamını bütün maddi-mənəvi dəyərlər, qanunlar qarşısında bərabər elan edib. Eyni zamanda Azərbaycan dövləti ölkədə yaşayan bütün milli azlıqlara hörmət aşılayır, onlara xoş münasibəti təlqin və təbliğ edir. Məhz milli və dini tolerantlıq Azərbaycanı fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Heydər Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycanda yaşayan milli, dini azlıqlar, o cümlədən ruslar ölkəmizin milli-mədəni zənginliyinin mühüm tərkib hissəsi, xalqımızın mədəni sərvətlərinin vacib daşıyıcılarındandırlar. Bu gün də Azərbaycan dövlətinin yeritdiyi siyasət bütövlükdə ona ünvanlanıb ki, dini və milli kimliyindən asılı olmayaraq, hər bir vətəndaş dövlət qarşısında, qanunlar qarşısında özlərini bərabər hiss etsin”.
Bununla belə, Ə.Həsənov ayrı-ayrı postsovet ölkələrində yaşayan azərbaycanlıların eyni xoş münasibətlə üzləşmədiyini qeyd edib: “Bəzən orada azərbaycanlıların milli-vətəndaş hüquqları kobud şəkildə pozulur, bəzən dövlət orqanları azərbaycanlılara qarşı ədalətsiz münasibəti təlqin və təbliğ edir. Bax, bu anlamda Azərbaycan dövləti, cəmiyyəti digər dövlətlərdən, cəmiyyətlərdən xüsusilə fərqlənir”.
banner

Oxşar Xəbərlər