• çərşənbə axşamı, 16 aprel, 11:35
  • Baku Bakı 14°C

Bəzi kəndlərin adları dəyişdirilir - Sərəncam

16.06.15 14:05 1659
Bəzi kəndlərin adları dəyişdirilir - Sərəncam
Azərbaycan prezidenti İlham Əliyev bəzi kəndlərin adlarının dəyişdirilməsi ilə bağlı sərəncam imzalayıb.
APA-nın məlumatına görə, dövlət başçısının “Azərbaycan Respublikasının Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” 2015-ci il 29 may tarixli qanunun tətbiqi haqqında imzaladığı sərəncama əsasən, Nazirlər Kabinetinə 3 ay müddətində Azərbaycan Respublikası qanunlarının və prezidentin aktlarının “Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq, 3 ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat vermək tapşırılıb.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının bəzi kəndlərinin adlarının dəyişdirilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.
Qeyd edək ki, Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, İsmayıllı, Kəlbəcər, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının aşağıdakı kəndlərinin adları dəyişdirilib:
1. Ağcabədi rayonu: Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi tərkibindəki Qiyaməddinli kəndi Yuxarı Qiyaməddinli kəndi adlandırılıb.
2. Ağdam rayonu: Üçoğlan kənd inzibati ərazi dairəsi tərkibindəki Baharlı kəndi Gül Baharlı kəndi adlandırılıb.
3. Ağdaş rayonu: Yuxarı Nemətabad kənd inzibati ərazi dairəsi tərkibindəki Yeniarx kəndi Aşağı Qobuüstü kəndi adlandırılıb.
4. Astara rayonu: Pensər kənd inzibati ərazi dairəsi tərkibindəki Telman kəndi Çayoba kəndi adlandırılıb.
5. Bərdə rayonu: Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qazaxlar kəndi Birinci Qazaxlar kəndi adlandırılıb.
6. Cəlilabad rayonu: Ağdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Kövüzbulaq kəndi Soyuqbulaq kəndi, Badamağac kəndi Güneyli kəndi, Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi isə Çəmənli kəndi adlandırılıb.
7. Gədəbəy rayonu: Böyük Qaramurad kənd inzibati ərazi dairəsi tərkibindəki Qurudərə kəndi Gülallı kəndi, Çobankənd kənd inzibati ərazi dairəsi tərkibindəki Yenikənd kəndi Qızılqaya kəndi, Əmiraslanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qasımağalı kəndi Çaykənd kəndi, Şahdağ kənd inzibati ərazi dairəsi tərkibindəki Arabaçı kəndi sə Çiçəkli kəndi adlandırılıb.
8. Göyçay rayonu: Çərəkə kənd inzibati ərazi dairəsi tərkibindəki Cəyirli kəndi Şıxlar kəndi adlandırılıb.
9. Xaçmaz rayonu: Qalağan kənd inzibati ərazi dairəsi tərkibindəki İlxıçı kəndi Məmmədxanlı kəndi adlandırılıb.
10. İsmayıllı rayonu: Müdri kənd inzibati ərazi dairəsi tərkibindəki Cülyan kəndi Yuxarı Cülyan kəndi adlandırılıb.
11. Kəlbəcər rayonu: Comərd kənd inzibati ərazi dairəsi tərkibindəki Qaragüney kəndi Tağılar kəndi, Daşbulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Günəşqaya kəndi, Günəşli kənd inzibati ərazi dairəsi tərkibindəki Alçalı kəndi Ağbulaq kəndi, Əsrik kənd inzibati ərazi dairəsi tərkibindəki Tirkeşəvənd kəndi isə Alıbəyli kəndi adlandırılıb.
12. Kürdəmir rayonu: Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindəki Qarabucaq kəndi Axtaçı Qarabucaq kəndi adlandırılıb.
13. Quba rayonu: Amsar kənd inzibati ərazi dairəsi tərkibindəki Digah kəndi Yuxarı Digah kəndi adlandırılıb.
14. Laçın rayonu: Zerti kənd inzibati ərazi dairəsi tərkibindəki Ağbulaq kəndi Sarıbaba kəndi adlandırılıb.
15. Tərtər rayonu: 15.1. Azad Qaraqoyunlu kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Aşağı Qapanlı kəndi, Qapanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Yuxarı Qapanlı kəndi adlandırılsın və Qapanlı kənd inzibati ərazi dairəsi Yuxarı Qapanlı kənd inzibati ərazi dairəsi hesab edilib, Soyulan kənd inzibati ərazi dairəsi tərkibindəki Qapanlı kəndi Alışarlı kəndi, Dəmirçilər kənd inzibati ərazi dairəsi tərkibindəki Təzəkənd kəndi Ağkənd kəndi, Düyərli kənd inzibati ərazi dairəsi tərkibindəki Sarıcalı kəndi Yuxarı Sarıcalı kəndi, Qaraağacı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndi isə Yuxarı Qaradağlı kəndi adlandırılıb.
16. Ucar rayonu: Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi tərkibindəki Çiyni kəndi Yuxarı Çiyni kəndi adlandırılıb.
17. Zaqatala rayonu: Dombabinə kənd inzibati ərazi dairəsi tərkibindəki Dombabinə kəndi Üçüncü Tala kəndi adlandırılıb və Dombabinə kənd inzibati ərazi dairəsi Üçüncü Tala kənd inzibati ərazi dairəsi hesab edilib, Əli Bayramlı kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Dağlı kəndi adlandırılıb, Əli Bayramlı kənd inzibati ərazi dairəsi isə Dağlı kənd inzibati ərazi dairəsi hesab edilib.
banner

Oxşar Xəbərlər