AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Bəzi jurnalistlər təxribat xarakterli əməli bilərəkdən edirlər”

“Bəzi jurnalistlər təxribat xarakterli əməli bilərəkdən edirlər”

Cəmiyyət
22 Fevral 2020, 17:15 630
"Jurnalistlərin aksiya zamanı davranışına xüsusi təlimatlar mövcuddur". Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, yəni istər beynəlxalq səviyyədə, istəsə də yerli səviyyədə, yerli səviyyədə Azərbaycan Mətbuat Şurası 2004-cü ildə xüsusi bir tövsiyə qəbul edib və bu tövsiyə jurnalistlərin aksiyalar zamanı necə davranmalı olduqlarını aşkar göstərir: "Həmin tövsiyələrdə bildirilir ki, jurnalistlər aksiyalar zamanı xüsusi geyimlərdə yəni "Press” yazılan xüsusi gödəkcələr istifadə etməlidirlər. Bu onlara aksiya iştirakçılarından fərqləndirmək üçün imkan verir. Eyni zamanda, jurnalistlər hadisə yerində olarkən özləri ilə jurnalist vəsiqələrini götürməlidirlər. Çünki onlar aksiya iştirakçılarında fərqlənməlidirlər, təkcə geyimləri ilə deyil, həm də davranışları ilə seçilməlidirlər. Onlar müvafiq yer seçərək həmin yerdə dayanmalı və prosesi müşahidə etməlidirlər ki, bu da hüquq mühafizə orqanlarına jurnalist ilə aksiya iştirakçıları arasında fərq qoymağa imkan yaratmalıdır. Jurnalist heç bir halda hüquq mühafizə orqanlarının davranışlarına mane olmamalıdır, heç bir şüar səsləndirməməli, ümumiyyətlə aksiyaya aid heç bir hərəkət etməməlidir, sadəcə olaraq o öz vəzifəsini yerinə yetirməli və reportaj hazırlamalıdır. Təəssüf ki, bəzən jurnalistlər bilərəkdən, və yaxud bilməyərəkdən bu halla bağlı xüsusi pozuntular törədirlər. Müşahidələr göstərir ki, bəzi jurnalistlər bilməyərəkdən aksiya iştirakçılarına qarışırlar və polisin onları fərqləndirməsinə mane olurlar. İkinci bir tərəfdən isə, həmin o aksiya iştirakçıları özləri bilərəkdən hansısa yolla əldə etdikləri jurnalist geyimini geyinərək aksiyalar ərazisinə daxil olur və orda özlərini aksiya iştirakçısı kimi aparırlar. Problemlə rastlaşanda da jurnalist olduqlarını bildirirlər. Ümumiyyətlə, bu cür pozuntular bizim jurnalist camiyəsinə baş ucalığı gətirən bir hal deyil. Bununla belə, bu cür hallar Azərbaycan jurnalistlərinin fəaliyyətini kölgəyə almamalıdır. Çünki Azərbaycanda kifayət qədər peşəkar jurnalistlər var, yəni onlar peşəkardırlar harda necə davranmalı olduqlarını bilirlər. Amma bəziləri isə vurğuladığımız kimi bilməyərəkdən özlərini aksiya iştirakçısı kimi aparırlar, bəzilər isə bilərəkdən təxribat xarakterli əməl edirlər, buna qarşıda həm bizim jurnalistlərin özləri ayıq-sayıq davranmalıdırlar, eyni zamanda hüquq mühafizə orqanları da onları fərqləndirməyi bacarmalıdır. Ümumilikdə bu sahədə müəyyən maarifləndirmə işləri olmalıdır, bu cür məsələlər təbliğ olunmalıdır ki, jurnalist aksiya zamanı özünü jurnalist kimi aparmalıdır və hər hansı bir formada aksiyanın gedişatına müdaxilə etməməlidir, həmçinin hüquq mühafizə orqanlarının fəaliyyətlərinə mane olmamalıdırlar.