• cümə, 29 Mart, 17:04
  • Baku Bakı 14°C

Bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb

13.11.18 10:45 456
Bəzi ərzaq məhsullarının qiymətlərində bahalaşma qeydə alınıb
Cari ilin oktyabr ayında sentyabra nisbətən ərzaq məhsullarının qiymətləri 0,2 faiz bahalaşıb.
Dövlət Statistika KomitəsindənAZƏRTAC-a bildirilib ki, ay ərzində unun, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, balıq məhsullarının, süd məhsullarının, pendir və yumurtanın, marqarin və zeytun yağlarının, bananın, pomidorun, badımcanın, yerkökünün, çuğundurun, kartofun, qəhvə, çay və kakaonun, tütün məmulatlarının və spirtli içkilərin qiymətlərində bahalaşma olub.
Manna və qarabaşaq yarmasının, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, göyərtinin, xiyarın, göy lobyanın, kələmin, sarımsağın, soğanın qiymətlərində isə ucuzlaşma müşahidə edilib.
Digər ərzaq məhsullarının qiymətlərində dəyişikliklər baş verməyib.
banner

Oxşar Xəbərlər