• cümə, 26 Aprel, 10:58
  • Baku Bakı 12°C

"Bəzi dövlətlər yeni icad etdikləri silahları suriyalıların üzərində sınaqdan keçirirlər"

16.03.18 12:00 595
"Bəzi dövlətlər yeni icad etdikləri silahları suriyalıların üzərində sınaqdan keçirirlər"
"Bu gün bəzi iri dövlətlər konkret olaraq cinayət əməlinin iştirakçısıdırlar – onlarSuriyanı yeni icad etdikləri modern silahlarının sınaq meydanına çeviriblər”.
APA-nın məlumatına görə, bunu Livanin sabiq baş naziri Fuad Siniora VI Qlobal Bakı Forumunun "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində çıxşında deyib. O bildirib ki, dünyanın gözü qarşısında 8-ci ildir ki, bir ölkədə - bəşəriyyətin üzvü olansuriyalıların üzərində yeni silahların sınaqdan keçirilməsi baş verir və digərləri də bunu tamaşaçı kimi seyr edir: "Bu dəhşətləri tarix bizə bağışlayacaqmı? Əksər iri dövlətlər son 7 ildə icad etdikləri bütün silahlarıSuriyada insanların üzərində sınaqdan keçirdilər. Dedilər terroristləri məhv edirlər. Amma heç bir terroristin kökü kəsilmədi. Əksinə, milyonlarlasuriyalı qırıldı və yurdundan qaçqın düşdü. Bu bir cinayətdir və bunun səbəbkarları mütləq cavab verəcək”.
banner

Oxşar Xəbərlər