• cümə, 19 Aprel, 22:50
  • Baku Bakı 24°C

"Bəzi dairələr dindarların əli ilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyir"

15.05.18 13:50 751
"Bəzi dairələr dindarların əli ilə Azərbaycanda qarışıqlıq yaratmaq istəyir"
"Regionda bəzi dairələr daxildən və xaricdən dindarların əli ilə Azərbaycana təsir göstərmək istəyir, qarışıqlıq yaratmaq istəyir".
APA-nın məlumatına görə, bunuQafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.
O qeyd edib ki, bu dairələrin məqsədi ilk mərhələdə Azərbaycanda dini qarşıdurma yaratmaqdır: "Din amilindən istifadə edərək,İraqvəSuriyada vəziyyəti qarışdırdılar. Azərbaycanda da bu hadisələri törətmək istəyənlər var”.
Şeyxülislam dindarları bu məsələlərdə diqqətli olmağa çağırıb: "Bu məsələlərdə diqqətli olmalıyıq, heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın”.
banner

Oxşar Xəbərlər