• cümə, 26 Aprel, 14:22
  • Baku Bakı 23°C

Beyrutda baş verən partlayışda BMT-nin 48 əməkdaşı xəsarət alıb

05.08.20 10:08 560
Beyrutda baş verən partlayışda BMT-nin 48 əməkdaşı xəsarət alıb
Livanın paytaxtı Beyrutun dəniz limanında baş verən partlayış nəticəsində BMT-nin əməkdaşları da xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" telekanalına BMT-nin baş katibinin rəsmi nümayəndəsi Farhan Hak deyib.
F.Hak bildirib: "Beyrutda baş verən partlayış nəticəsində BMT-nin 48 əməkdaşı və onların 27 ailə üzvü xəsarət alıb".
Xatırladaq ki, ötən gün Livanın paytaxtı Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 78 nəfər həlak olub, 4 min nəfər isə xəsarət alıb.
Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.
banner

Oxşar Xəbərlər