AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Beyrutda baş verən güclü partlayış nəticəsində 30 nəfər ölüb

Beyrutda baş verən güclü partlayış nəticəsində 30 nəfər ölüb

Təfsilat
04 Avqust 2020, 22:57 412
Livanın paytaxtı Beyrutda baş verən güclü partlayış nəticəsində 30 nəfər ölüb.

Bu barədə Trend "TASS"a istinadən xəbər verir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan cəmiyyəti öz növbəsində bildirir ki, partlayış nəticəsində 2,2 mindən artıq insan xəsarət alıb.

XXX

20:48

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış olub.

Trend-in məlumatına görə, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrində də hiss edilib. Bəzi evlərə və ofislərə ziyan dəyib. Onlarla insanın xəsarət aldığı deyilir.

"Reuters" agentliyinin yazdığına görə isə partlayış nəticəsində azı 10 nəfər ölüb.

Partlayışın səbəbləri hələ ki, məlum deyil.

Yerli telekanalların bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna deyil. Bəzi mənbələr isə partlayışın pirotexnika anbarında baş verdiyini yazıb.