• cümə axşamı, 28 mart, 19:27
  • Baku Bakı 13°C

Beyninizi “format” etmək istəyirsiniz?

27.04.19 15:00 1634
Beyninizi  “format” etmək istəyirsiniz?


Sağlamlığımızı qorumaq və bədənimizi toksinlərdən təmizləmək üçün detoks etmək şərtdir. Detoks orqanizmdə hərtərəfli "iməcilik”dir. Bəs düşüncələrimizdəki boşluqlardan xilas olmaq, ruhumuzu təmizləmək üçün detoks etmək mümkündürmü?
Daim torpaqla məşğul olan insanlar bilirlər ki, ərazini tullantılardan təmizləmədən, yeni toxum əkmək mümkün deyil. Ancaq torpaq hazır olduqdan sonra onun üzərində işləyə bilərik. Bizim beynimiz, fikirlərimiz də torpaq kimidir. Onu səhv, köhnə, neqativ düşüncələrdən təmizləməliyik ki, yeni ideya yarada bilək. Ruhumuzu yeniləmək üçün 10 zəka detoksunu təqdim edirik.
1. Enerjinizi neqativ insanlarla israf etməyin. Neqativ enerji ötürən insanlardan uzaq durun.
2. Keçmiş əlaqələrinizdən azad olun. Sizi incidən sevgili, qohum, dost, kim varsa, hamısını bağışlayın və azad edin. Təkcə canlılar deyil, kədərlənməyinizə səbəb olan hədiyyələr, şəkillər, əşyalardan xilas olun.
3. Düşüncələrinizi təmizləmək üçün ilk növbədə evinizdən və ətrafınızdan başlamalısınız. Evinizin sadə, təmiz və xaosdan, söz-söhbətdən uzaq olması vacibdir. Həyatınızdakı çaxnaşmalar elə evinizdəki xaosdan qaynaqlana bilər. Evdə qurumuş çiçəklər varsa, onları atın. Bütün ağır şəkillərdən, heykəllərdən uzaq durun. Həyata müsbət enerji verən ağac, gül, pozitiv ailə şəkli, yaxud dünyanın gözəl yerlərini ifadə edən tablolardan istifadə edin. Məsələn, başınızın üzərinə asdığınızı yalqız insan tablosu belə, sizi yalnızlaşdıra bilər.
4. Həyatınızla barışın. Əlbəttə, insanlar ayrılıq, xəstəlik, ölümlər səbəbindən ağrı, acı yaşayırlar. Bu, həyatın qanunudur. Bir müddət sonra bu vəziyyətlə barışmaq lazımdır. Əks təqdirdə bu mənfi fikirlər mənfi nəticələrə gətirib çıxara bilər.
5. Enerjisi yüksək olan musiqilər dinləyin. Dinlədiyimiz yaxud oxuduğumuz mahnılar konkret şəkildə həyatımızda ortaya çıxa bilər. Bundan əlavə, mahnılarda olan mənfi sözlər hislərimizə, beynimizə duyğularımıza təsir edirlər.
6. İstifadə etdiyiniz sözlərə, ifadələrə diqqət yetirin. "Hər şey daha da pisləşir” kimi neqativ cümlələr işlətdikdə, hər şey həqiqətən də daha da pisləşir. Ətrafınızdakı hadisələrin 10 faizinə nəzarət edə bilməzsiniz, ancaq 90 faizi sizin reaksiyalarınızdır. Münasibətlərinizi və xarakterinizi dəyişdirməyə çalışın. Otağınızın bir küncünə kiçik kağıza yazıb yapışdırdığınız müsbət sözlər, sizə pozitiv enerji verəcək.
7. Ətrafdakı hər şeyin şüuru var. Evinizdəki əşyalar belə, həyatınızda mühüm rol oynaya bilər. Köhnə, ağır enerjili əşyalardan uzaq durun. İkinci əl əşyalara qarşı diqqətli olun. Sizi yaxşı hiss etdirdiyinə əmin olun. Evinizin enerjisini gözəl ədyal, təbii qoxu və kiçik işıqlandırma ilə də artıra bilərsiniz.
8. Telefonunuzun ekranındakı görüntüyə diqqət edin. Daim gözümüzün önündə olan şəkillər şüuraltı bizə təsir edir. Uğurlu hiss etdiyiniz bir anı və ya sizi motivasiya edən gözəl bir şəkli seçə bilərsiniz. Kompüter ekranları da unudulmamalıdır.
9. Rənglərin gücünə inanın. Həyatınızda sevgiyə ehtiyacınız varsa, qırmızı, huzur istəyirsinizsə, mavi, istirahət və normal dostluqlar qurmaq istəyirsinizsə, ağ rəngi seçməlisiniz. Bir narahatlığınız varsa, yaşıl şəfa rəngidir. Sizi ciddi şəkildə rahatladan və sevgi dolu edən rəng isə çəhrayıdır.
10. Həyatınızdakı məqsədlərinizi canlandırın, təsəvvür edin. Beynimiz inandığımız hər şeyi həyata keçirməyə proqramlaşdırılıb. Xüsusilə, səhər ilk oyandığınızda və gecə yatmazdan əvvəlki anlar çox dəyərlidir. Sizi xoşbəxt edən nüansları, xəyallarınızı düşünün və zehninizdə canlandırın. Səbirlə və əzmlə, bir müddət sonra gözəl fikirləri həyatınıza gətirdiyinizi anlayacaqsınız.
banner

Oxşar Xəbərlər