• cümə, 29 Mart, 06:18
  • Baku Bakı 5°C

“Beynəxlalq təşkilatlar qəbul etdikləri qətnamələrin yerinə yetirilməsinə nail olmalıdırlar”

06.06.19 11:53 471
“Beynəxlalq təşkilatlar qəbul etdikləri qətnamələrin yerinə yetirilməsinə nail olmalıdırlar”
"Beynəlxalq təşkilatların qəbul etdikləri qətnamə və tövsiyələrin tam yerinə yetirilməsi məsələsi həmin təşkilatların gündəliyində olmalıdır”.
"Report”un yerli bürosu xəbər verir ki, bunuATƏT PA-nın vitse-prezidenti və Büro üzvüAzay QuliyevTbilisidə keçirilən "Parlament nəzarəti: Məsuliyyətə cəlbetmə qüvvəsi” adlı konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, beynəxalq təşkilatlar demokratik islahatlarla bağlı bir sıra qətnamə və tövsiyələr qəbul edir: "Lakin bu, kifayət deyil. Həmin qətnamə və tövsiyələrin yerinə yetirilməsi məsələsinə diqqət yetirilməlidir. Bu məsələ beynəlxalq təşkilatların gündəliyində olmalıdır”.
A.Quliyev həmçinin Azərbaycan parlamentinin fəaliyyətinə vətəndaş cəmiyyətinin cəlb olunması mexanizmi barədə də danışıb.
ATƏT PA-nın vitse-prezidentideyib ki,Milli Məclisdə bununla bağlı qanun qəbul olunub: "Parlament və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq olduqca əhəmiyyətlidir. Bununla bağlı Azərbaycan ən yaxşı nümunədir. Azərbaycan parlamentinin bu sahədəki təcrübəsi digər ölkələrin qanunverici orqanları üçün də maraqlı və faydalı ola bilər”.
banner

Oxşar Xəbərlər