• cümə axşamı, 25 aprel, 16:56
  • Baku Bakı 23°C

Beynəlxalq velosiped yarışının qalibi Azərbaycan oldu

24.09.13 14:03 1284
Beynəlxalq velosiped yarışının qalibi Azərbaycan oldu
Trend xəbər verir ki, Azərbaycan velosipedçiləri Çində təşkil edilən "Tour of China" (uci kat. 2.1) çoxgünlük beynəlxalq velosiped yarışında növbəti uğura imza atıblar. 6 mərhələdən ibarət olan yarış Azərbaycanın "Synergy Baku Cycling Project" komandasının zəfəri ilə yekunlaşıb.
Belə ki, komandamızın velosipedçisi Kiril Pozdnyakov 6-cı mərhələnin qalibi olmaqla bərabər, həm də ümumi nəticələrə əsasən "Tour of China 1" yarışının qalibi elan edilib.
Xatırladırıq ki, "Synergy Baku Cycling Project" komandasının digər velosipedçisi Anuar Manan bu yarışın 2-ci mərhələsində fəxri kürsünün 3-cü pilləsinə qalxa bilmişdi.
Sentyabrın 24-30 tarixlərində Çində növbəti - "Tour of China 2" beynəlxalq velosiped yarışı da keçiriləcək. "Synergy Baku Cycling Project" komandasını bu yarışda Aqşin İsmayılov, Kiril Pozdnyakov, Konnor Makkonvi, Anuar Manan, Riko Rocers və Aleksandr Surutkoviç təmsil edəcəklər.
Sentyabrın 24-29 tarixlərində isə İtaliyanın Florensiya şəhərində velosiped idmanı üzrə dünya çempionatı keçiriləcək. Yarışda Azərbaycan 4 idmançı ilə təmsil olunacaq.
"Elit" idmançılarının yarışında Elçin Əsədov 56,8 km məsafədə yarışacaq. 23 yaşlılar arasında mübarizədə isə Samir Cəbrayılov 42,79 km məsafədə öz qüvvəsini sınayacaq. Yuniyorların yarışında 25,34 km məsafədə həmyerlilərimiz Elgün Əlizadə və Nicat Niftəliyev mübarizə aparacaqlar.
banner

Oxşar Xəbərlər