• şənbə, 20 Aprel, 00:01
  • Baku Bakı 15°C

Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu endirib

10.04.19 15:45 529
Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu endirib
Beynəlxalq Valyuta Fondu (IMF) bu il üzrə qlobal iqtisadi artım proqnozunu aşağı salıb.
AZƏRTACxəbər verir ki, bu barədə fond məlumat yayıb. Bildirilir ki, IMF iqtisadi aktivlikdəki geriləmə və artan risklərlə əlaqədar cari il üçün iqtisadi artım proqnozunu 3,3 faizə endirib. Əvvəlki proqnoz 3,5 faiz idi. Gələn il üzrə qlobal iqtisadi artım proqnozu isə 3,6 faiz səviyyəsində saxlanılıb.
Fond bu il ABŞ-da iqtisadi artımın 2,3 faiz, Avropada 1,3 faiz, Almaniyada 0,8 faiz, Hindistanda 7,3 faiz, Çində isə 6,3 faiz olacağını gözləyir.
banner

Oxşar Xəbərlər