• şənbə, 20 Aprel, 05:07
  • Baku Bakı 15°C

Beynəlxalq Türk Akademiyası tariximizin qorunmasını qarşıya məqsəd qoyub

25.04.20 11:00 951
Beynəlxalq Türk Akademiyası tariximizin qorunmasını qarşıya məqsəd qoyub
Beynəlxalq Türk Akademiyası tariximizin qorunmasını qarşıya məqsəd qoyub.
AZƏRTACxəbər verir ki, Beynəlxalq Türk Akademiyası, qədim türk sivilizasiyasının və yazı mədəniyyətinin əsas abidələrindən biri, UNESCO-nun 2020-ci il yubileylər siyahısına salınan Tonyukuk abidəsinin 1300 illiyinə həsr edilmiş Beynəlxalq onlayn konfransına qatılan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralıya minnətdarlığını bildirib, konfransın işinə uğurlar arzulayıb, Tonyukuk ilinin açılması münasibəti ilə Türk dünyasını təbrik edib.
Bildirib ki, Göytürk tarixinə məxsus olan Tonyukuk yazısının Orta Asiya coğrafiyasında qədim tariximizə, ortaq mədəniyyətimizə işıq tutan mühüm bir əsərdir. Bu gün UNESCO-nun dəstəyi ilə 1300 illiyi konfransı keçirilən Tonyukuk abidəsində Türk dünyası və insanlıq üçün önəmli bilgilərin və nəsihətlərin olduğunu görürük. Daş kitabə - abidə əcdadlarımızın tarix boyunca qazandığı zəfərlərin, qurduğu dövlətlərin mövcudluğunu, mədəniyyətini, sənət və ədəbiyyatını ortaya qoyan zəngin şahiddir. "Əgər türklər olmasaydı, tarix yetim qalardı” fikri də əbəs yerə deyilməyib.
"Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu yeni qurulmuş bir təşkilatdır, lakin fəaliyyətə başladığımız ilk günlərdən əcdadlarımızdan qalan ortaq mədəniyyətimiz, tariximiz və mirasımızın araşdırılmasını və qorunmasını qarşımıza məqsəd qoymuşuq. Buradan Beynəlxalq Türk Akademiyasına və Altay Cengizerə demək istəyirəm ki, Parisdəki Azərbaycan Mədəniyyət evi Heydər Əliyev Fondu tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə inşa olunub. Yarandığı gündən Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması məqsədilə dünyəvi layihələrə imza atıb. Sonda isə konfrans iştirakçılarına ortaq tariximiz və mədəniyyətimizin öyrənilməsi üçün apardıqları böyük işlərdə uğur diləyirəm”, - deyə G.Əfəndiyeva vurğulayıb.
banner

Oxşar Xəbərlər