• cümə, 19 Aprel, 20:48
  • Baku Bakı 24°C

Beynəlxalq tribunala ehtiyac var

22.02.18 12:00 541
Beynəlxalq tribunala ehtiyac var
"Xocalıvə Qarabağda cinayətlərin törədilməsində iştirak edən insanların cinayət məsuliyyətinə cəlb olunması üçün beynəlxalq tribunala ehtiyac var".
APA-nın məlumatına görə,Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında deyib.
H. Hacıyevin sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycanda qarşı törədilmiş müharibə cinayətlərinin araşdırılması üçün kifayət qədər məlumat var.
"30 il davam separatizm halları göstərir ki Ermənistan geosiyasi və geoiqtisadi təcrid vəziyyətinə düşüb. Strateji iflas vəziyyətindədir. Bütün dünya ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır. Mövcud "status-kvo" qəbuledilməzdir və bu statusun dəyişməsi üçünBMTsənədlərinə əsasən erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır", - deyə o qeyd edib.
banner

Oxşar Xəbərlər