Beynəlxalq təşkilatlar tərəfindən dəyərləndirilən sosial-iqtisadi islahatlar
Azərbaycan
qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci yerdə
qərarlaşıb. Ölkəmiz Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal
rəqabətə davamlılıq reytinqində 11 pillə irəliləyib. Sinqapurun başçılıq etdiyi
reytinq siyahısında, ümumilikdə, 12 mövqe əks olunub. "İnstitutlar” mövqeyində
Azərbaycan 49, "İnfrastruktur" mövqeyində 38, "Məhsul
bazarı"nda 23, "Əmək bazarı"nda 21, "Biznesin
dinamikliyi" mövqeyində isə 23-cü yeri tutub.
Artıq Azərbaycanın bu tip beynəlxalq reytinq göstəricilərində irəliləməsi mütəmadi hal alıb. Təbii, beynəlxalq təşkilatlar reytinq göstəricisini müəyyənləşdirmək üçün bir çox parametrləri nəzərə alırlar. Deməli, Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar beynəlxalq təşkilatların da diqqətindədir. İqtisadçı millət vəkili Azər Badamov söylədi ki, Azərbaycanın reytinq agentliklərində öz göstəricilərini yaxşılaşdırması, ölkədə aparılan sosial-iqtisadi islahatların beynəlxalq təşkilatlar tərəfindən dəyərləndirilməsi deməkdir: "Son illər ərzində Azərbaycanda böyük iqtisadi islahatlar paketi icra olunmaqdadır. Bir sıra istiqamətlər üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, biznes strukturlarının inkişafı və s. görülən işlər davam etdirilir. Bütün bunlar beynəlxalq təşkilatlar tərəfindən izlənilir və göstəricilərimizə təsir göstərir. Qlobal rəqabətlilik əmsalında göstəricilərimizin yaxşılaşması, həm də ölkə iqtisadiyyatının müsbət dinamika üzrə inkişafından xəbər verir. Bu, həm də ölkəmizə yeni xarici investorların cəlb edilməsi baxımından çox vacibdir. İqtisadiyyatın rəqabətə davamlılığı artırsa, bu, ölkənin dinamik inkişafının göstəricisidir. Belə olan halda ölkəyə yatırılan sərmayələrin də həcmi artır”.
İqtisadçı-ekspert Ramin Rəhimov bildirdi ki, qlobal reytinq agentliyində mövqeyimizin yaxşılaşması, Azərbaycanın maliyyə dayanıqlılığının möhkəm olmasından xəbər verir: "Ölkənin reytinqi maliyyə göstəriciləri əsasında bəlli olur. Son zamanlarda Azərbaycanda aparılan iqtisadi islahatlar, müasir iqtisadi tendensiyalar ölkəmizin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən aparılan araşdırmalarında mövqeyini yaxşılaşdırır. Əsas məsələlərdən biri də ölkənin xarici investorlar qarşısında öhdəliyini yerinə yetirə bilmə qabiliyyətidir. Cəlb olunmuş borc vəsaitləri və onların vaxtında qaytarılması mühüm məqamdır. Beynəlxalq reytinq agentlikləri üçün bu göstəricilər böyük əhəmiyyət kəsb edir. Həmçinin, ölkə daxilində fəaliyyət göstərən maliyyə sektorunun iştirakçılarının reytinqləri də bu göstəricilərə təsir göstərir. Bütövlükdə götürdükdə, Azərbaycan ildən ilə öz göstəricilərini daha da yaxşılaşdırır. Reytinq agentliklərinin yanaşması, ölkəyə investisiya cəlbində əhəmiyyətli rol oynayır. Xarici investorlar ölkənin reytinq cədvəllərində hansı mövqedə olmasına daim nəzarət edir. İqtisadi proseslərin dinamik inkişaf etdiyi ölkələrə investorlar arxayın olur. Yəni göstəricilərimizin yaxşılaşdırılması ölkəyə daha çox valyuta gətirir. Bu isə ümumilikdə iqtisadi inkişafın dinamikasını sürətləndirir”.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi
ki, qlobal reytinq agentliklərinin
hazırladığı hesabat, investisiya istiqaməti müəyyənləşdirilərkən istifadə
olunan sənəd hesab olunur: "Əslində bu göstəricilər yeganə istinad mənbəyi
deyil, amma eyni zamanda hər bir investor hansısa ölkəyə sərmayə yatırarkən bu
hesabatdakı göstəriciləri nəzərə alır. Müasir dövrdə alternativ mənbələrdən
informasiya almaq imkanları xeyli genişdir. Əvvəlki dövrlərlə müqayisədə, indi
investisiya təyinatının müəyyənləşdirilməsində bu hesabatların da müəyyən qədər
rolu var. Reytinq göstəricilərində mövqeyimizin yaxşılaşması hüquqi sferada
təkmilləşdirilmənin aparılması ilə əlaqələndirilə bilər. Düzdür, bir neçə indikator üzrə geriləmə də
qeyd alınıb. Amma məsələ burasındadır ki, yekun hesabatda nəticələrimiz
müsbətdir. Bu reytinqlərin iqtisadi effekti bizim üçün əhəmiyyət kəsb edir.
Xüsusilə, bu məqam qeyri-neft iqtisadiyyatına investisiya qoyuluşu baxımından
mühümdür. Amma son bir neçə ildə irəliləmələrin qeydə alınmasına baxmayaraq,
iqtisadiyyata qoyulan investisiya qənaətbəxş səviyyədə deyil. Bu qədər müsbət
göstəricilərin fonunda investisiyanın həcminin zəif artması təəssüf doğurur.
Bundan sonrakı mərhələdə atılan addımlar, qeyd olunan nöqsanları aradan
qaldırmaq istiqamətində olmalıdır”.
Şəbnəm