Beynəlxalq standartlara uyğun təşkilatçılıq
Azərbaycanda parlament seçkisi yüksək rəqabət
şəraitində, ədalətli, şəffaf və demokratik şəkildə keçib
MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski də Prezident İlham Əliyevin qəbulunda olarkən Azərbaycanda keçirilən parlament seçkisində xeyli sayda müşahidəçinin iştirak etməsinin önəmini vurğulayıb. Qeyd olunub ki, MDB-dən olan müşahidəçilər seçkinin yüksək səviyyədə təşkil olunduğunu dilə gətirir, qanun pozuntusunun qeydə alınmadığını, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyini bildiriblər.
Rusiya Prezidenti Vladimir Putin də dövlət başçısı İlham Əliyevə ünvanladığı məktubda Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkisində qələbə qazanması münasibətilə həmkarını təbrik edib. Bildirib ki, xalq səsverməsinin yekunları Prezident İlham Əliyevin başçılıq etdiyi partiyanın Azərbaycan vətəndaşları arasında nüfuzunun yüksək olduğunu əyani təsdiq edir.
V.Putinlə yanaşı, Serbiya Prezidenti Aleksandr Vuçiç, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Moldova Parlamentinin Sədri Zinaida Qreçanı, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, Gürcüstanın Baş Naziri Giorgi Qaxaria da Prezident İlham Əliyevi təbrik ediblər. Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin sözçüsü də Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkisi ilə bağlı bəyanat yayıb. ATƏT/DTİHB Seçki Müşahidəsi Missiyasının qeydlərinə istinad edilən bəyanatda bildirilib ki, Mərkəzi Seçki Komissiyası şəffaf fəaliyyət göstərmək üçün səylərini əsirgəməyib və beynəlxalq müşahidəçiləri qarşılayıb. Bəyanatda qeyd olunub ki, Avropa İttifaqı bütün vətəndaşların mənafeyi naminə dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir. Azərbaycan Xarici İşlər Nazirliyinin Bəyanatında isə qeyd olunub ki, Milli Məclisə keçirilmişseçki ölkə Konstitusiyası, Seçki Məcəlləsi və Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutub.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, ölkəmizdə keçirilən parlament seçkisi Azərbaycanda bütün sahələri əhatə edən genişmiqyaslı islahatların tərkib hissəsi olmaqla, ədalətli və demokratik şəraitdə keçib. Azərbaycan dövləti seçkinin beynəlxalq standartlar səviyyəsində baş tutması üçün hər cür şərait yaradıb. "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov da bildirib ki, Azərbaycanda keçirilmiş 9 fevral növbədənkənar parlament seçkisi tam demokratik, şəffaf, ədaləti, seçki qanunvericiliyə uyğun şəkildə baş tutub. Onun sözlərinə görə, seçki prosesində hər hansı ciddi qanun pozuntusu, saxtakarlıq qeydə alınmayıb. E.Məmmədov Azərbaycanda seçkiləri izləyən beynəlxalq müşahidəçilərin də belə qənaətdə olduğunu dilə gətirib. Bildirib ki, müşahidəçilərin hamısı seçkinin qanunauyğun keçirildiyini diqqətə çatdırıblar: "Seçkini xaricdən gələn müşahidəçilər keçirmir, onlar yalnız müşahidə etməklə məşğuldurlar. Hansı qurumu təmsil etməsindən asılı olmayaraq bu, belədir. Seçkini keçirən Azərbaycan xalqıdır və bu seçkinin keçirilməsinə, idarə olunmasına rəhbərlik edən Mərkəzi Seçki Komissiyasıdır. Azərbaycan xalqı da öz sözünü dedi, məntəqələrə gəlindi, səs verildi və seçki keçirildi. Cənab Prezidentimizin Kürdəmirdə "ASAN xidmət” mərkəzinin açılış mərasimində söylədiyi kimi, elə bir dövlət olmaz ki, orada seçki tam ideal formada olsun. Təbii ki, müəyyən qədər prosedur qaydalarında, seçkinin gedişatında xırda narazılıqlar olur. Ölkə başçısı bir daha bəyan etdi ki, əgər elə məsələlər varsa, onlar MSK və yaxud başqa qurumlar tərəfindən çox ciddi şəkildə araşdırılacaq. Hamısına ciddi, düzgün və hüquqi qiymət veriləcək. Əgər ciddi pozuntulara yol verənlər olubsa, təbii ki, onlar da müvafiq qaydada cəzalandırılacaqlar. Amma ümumən götürəndə Azərbaycanda 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkisi demokratik, şəffaf və açıq formada keçirildi. Azərbaycan xalqı, seçicisi iradəsini ortaya qoydu və istədiyi namizədə də səs verdi”.
Fevralın 9-da Milli Məclisə keçirilən növbədənkənar
seçkidə rekord sayda - 1314 namizəd iştirak edib. Onlardan 246 nəfəri 19 siyasi
partiyanın təmsilçisi olub, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli
sürüb. 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Namizədlərin 21 faizini qadınlar, 79 faizini kişilər təşkil edib. Bundan başqa,
növbədənkənar parlament seçkisini 77790yerli müşahidəçi izləyib ki,
onlardanda 35152-si siyasi partiyaların müşahidəçiləri olublar. Eyni
zamanda, budəfəki seçki ilə əlaqədar 58 ölkədən və 59 təşkilatdan 883
beynəlxalq müşahidəçi akkreditasiyadan keçib, seçki prosesini yaxından
izləyiblər. Həm yerli, həm beynəlxalq müşahidəçilər fevralın 9-da Milli Məclisə
keçirilən seçkinin tam demokratik formada baş tutduğunu bəyan ediblər. ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası
və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət
Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) da növbədənkənar seçki ilə bağlı
fevralın 10-da ilkin qənaətlərini açıqlayıb. Sözügedən hesabatda bir sıra
müsbət məqamlar yer alıb.
Seçki başa çatdıqdan bir neçə saat sonra Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısı İlham Əliyevə telefonla
zəng edib. O, Azərbaycanda keçirilən parlament seçkisində Prezident İlham
Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının qələbə qazanması
münasibətilə həmkarını təbrik edib, yeni parlamentə fəaliyyətində uğurlar
arzulayıb. MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya
Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və
həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun, Türkiyə-Azərbaycan
parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi
nümayəndə heyətləri Prezident İlham Əliyevin qəbulunda olarkən ölkəmizdə
keçirilən növbədənkənar parlament seçkisində beynəlxalq standartlardan da üstün
təşkilatçılıq gördüklərini dilə gətiriblər. Qeyd olunub ki, seçki yüksək
rəqabət şəraitində, ədalətli, şəffaf və demokratik şəkildə keçib. MDB-nin müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Viktor Quminski də Prezident İlham Əliyevin qəbulunda olarkən Azərbaycanda keçirilən parlament seçkisində xeyli sayda müşahidəçinin iştirak etməsinin önəmini vurğulayıb. Qeyd olunub ki, MDB-dən olan müşahidəçilər seçkinin yüksək səviyyədə təşkil olunduğunu dilə gətirir, qanun pozuntusunun qeydə alınmadığını, bütövlükdə seçki prosesinin şəffaf, demokratik və rəqabətlilik prinsipi şəraitində, Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə keçirildiyini bildiriblər.
Rusiya Prezidenti Vladimir Putin də dövlət başçısı İlham Əliyevə ünvanladığı məktubda Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkisində qələbə qazanması münasibətilə həmkarını təbrik edib. Bildirib ki, xalq səsverməsinin yekunları Prezident İlham Əliyevin başçılıq etdiyi partiyanın Azərbaycan vətəndaşları arasında nüfuzunun yüksək olduğunu əyani təsdiq edir.
V.Putinlə yanaşı, Serbiya Prezidenti Aleksandr Vuçiç, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Moldova Parlamentinin Sədri Zinaida Qreçanı, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov, Gürcüstanın Baş Naziri Giorgi Qaxaria da Prezident İlham Əliyevi təbrik ediblər. Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin sözçüsü də Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkisi ilə bağlı bəyanat yayıb. ATƏT/DTİHB Seçki Müşahidəsi Missiyasının qeydlərinə istinad edilən bəyanatda bildirilib ki, Mərkəzi Seçki Komissiyası şəffaf fəaliyyət göstərmək üçün səylərini əsirgəməyib və beynəlxalq müşahidəçiləri qarşılayıb. Bəyanatda qeyd olunub ki, Avropa İttifaqı bütün vətəndaşların mənafeyi naminə dialoqun davam etdirilməsini və Azərbaycan təsisatları ilə, o cümlədən yeni seçilmiş parlamentlə sıx işləməyi səbirsizliklə gözləyir. Azərbaycan Xarici İşlər Nazirliyinin Bəyanatında isə qeyd olunub ki, Milli Məclisə keçirilmişseçki ölkə Konstitusiyası, Seçki Məcəlləsi və Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutub.
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, ölkəmizdə keçirilən parlament seçkisi Azərbaycanda bütün sahələri əhatə edən genişmiqyaslı islahatların tərkib hissəsi olmaqla, ədalətli və demokratik şəraitdə keçib. Azərbaycan dövləti seçkinin beynəlxalq standartlar səviyyəsində baş tutması üçün hər cür şərait yaradıb. "Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai birliyinin İdarə Heyətinin üzvü Elman Məmmədov da bildirib ki, Azərbaycanda keçirilmiş 9 fevral növbədənkənar parlament seçkisi tam demokratik, şəffaf, ədaləti, seçki qanunvericiliyə uyğun şəkildə baş tutub. Onun sözlərinə görə, seçki prosesində hər hansı ciddi qanun pozuntusu, saxtakarlıq qeydə alınmayıb. E.Məmmədov Azərbaycanda seçkiləri izləyən beynəlxalq müşahidəçilərin də belə qənaətdə olduğunu dilə gətirib. Bildirib ki, müşahidəçilərin hamısı seçkinin qanunauyğun keçirildiyini diqqətə çatdırıblar: "Seçkini xaricdən gələn müşahidəçilər keçirmir, onlar yalnız müşahidə etməklə məşğuldurlar. Hansı qurumu təmsil etməsindən asılı olmayaraq bu, belədir. Seçkini keçirən Azərbaycan xalqıdır və bu seçkinin keçirilməsinə, idarə olunmasına rəhbərlik edən Mərkəzi Seçki Komissiyasıdır. Azərbaycan xalqı da öz sözünü dedi, məntəqələrə gəlindi, səs verildi və seçki keçirildi. Cənab Prezidentimizin Kürdəmirdə "ASAN xidmət” mərkəzinin açılış mərasimində söylədiyi kimi, elə bir dövlət olmaz ki, orada seçki tam ideal formada olsun. Təbii ki, müəyyən qədər prosedur qaydalarında, seçkinin gedişatında xırda narazılıqlar olur. Ölkə başçısı bir daha bəyan etdi ki, əgər elə məsələlər varsa, onlar MSK və yaxud başqa qurumlar tərəfindən çox ciddi şəkildə araşdırılacaq. Hamısına ciddi, düzgün və hüquqi qiymət veriləcək. Əgər ciddi pozuntulara yol verənlər olubsa, təbii ki, onlar da müvafiq qaydada cəzalandırılacaqlar. Amma ümumən götürəndə Azərbaycanda 9 fevralda keçirilmiş növbədənkənar parlament seçkisi demokratik, şəffaf və açıq formada keçirildi. Azərbaycan xalqı, seçicisi iradəsini ortaya qoydu və istədiyi namizədə də səs verdi”.
Ərturan İSMAYIL