• çərşənbə axşamı, 23 aprel, 12:26
  • Baku Bakı 24°C

Beynəlxalq Novruz Festivalında Türkiyə coşqusu

19.03.15 18:18 763
Beynəlxalq Novruz Festivalında Türkiyə coşqusu

Baharın başlanğıcı sayılan və təntənəli şəkildə Azərbaycanda qeyd olunan Novruz Bayramı festivalına Türkiyə Respublikası bu il də böyük sevinclə qatılacaq. Belə ki, Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi bu il ənənəvi olaraq Novruz Festivalını reallaşdırır. Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Tanıtma Müşavirliyindən “Kaspi”yə verilən məlumata görə, festivala başda Türkiyə olmaqla Rusiya, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan da qatılacaq. İdarənin Türkiyə üçün ayırdığı böyük stend içərisində Bakı səfirliyi Mədəniyyət Tanıtma Müşavirliyi və Yunis İmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Ənənəvi Türk əl sənətləri, Türk mətbəxi, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi əl sənətçiləri, TRT Türk Xalq Mahnıları (Nursaç Doğanışık və Köksal Coşkunun) konsertləri, Türk-Azəri Pop Musiqisinin nümayəndələrindən Nurkan-Lalənin konsertləri, Türk xalq rəqsləri təqdim olunacaq. Həmçinin Anadolu Agentliyinin İstanbul fotoşəkilləri sərgisi 20-23 mart tarixlərində davam edəcək. Tədbirlərin açılışı 20 Mart 2015 tarixində Içərişəhərdə, saat 11.00-da reallaşacaq.
banner

Oxşar Xəbərlər