• cümə axşamı, 28 mart, 20:50
  • Baku Bakı 13°C

Beynəlxalq Muzeylər Gününün builki mövzusu açıqlanıb

06.05.18 13:40 703
Beynəlxalq Muzeylər Gününün builki mövzusu açıqlanıb
Mayın 18-də qeyd ediləcək Beynəlxalq Muzeylər Günü bu il "Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar” mövzusuna həsr olunub.
AZƏRTACBeynəlxalq Muzeylər Şurasının (ICOM) saytına istinadla xəbər verir ki, builki günün mövzusu muzeylərin ənənəvi auditoriyasını genişləndirmək üçün yüksək texnologiyaların rolunu vurğulamaqdır. Bu baxımdan kolleksiyaların rəqəmsallaşdırılması, sərgilərə multimedia elementlərinin əlavə edilməsi, sosial şəbəkələrdə təcrübə mübadiləsi məsələlərini qeyd etmək olar.
Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
banner

Oxşar Xəbərlər