• şənbə, 20 Aprel, 06:11
  • Baku Bakı 14°C

Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakı konfransının açılışı olub

17.07.18 11:20 826
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakı konfransının açılışı olub
Heydər Əliyev Sarayında Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransının açılış mərasimi olub.
Mədəniyyət NazirliyindənAPA-ya verilən məlumata görə, açılış mərasimində respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə konfransda iştirak etmək üçün ölkəmizə təşrif buyuran beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Mədəniyyət naziriƏbülfəs Qarayevçıxış edərək belə bir konfransın ölkəmizdə təşkil olunmasının əhəmiyyətindən danışıb.
Nazir deyib ki, konfransın ölkəmizdə keçirilməsi musiqi sahəsinin inkişafının əyani göstəricisidir: "50 il bundan öncəUNESCO-nun himayəsi altında Beynəlxalq Musiqi Təhsili Cəmiyyəti yaradılıb. Artıq 90 ölkəni birləşdirən bu təşkilat dünyada musiqi sahəsi ilə bağlı möhtəşəm layihələr həyata keçirir. Azərbaycan bu cəmiyyətin üzvi kimi belə layihələrin icrasında yaxından iştirak edir. Ölkəmizdə musiqi sahəsinin inkişafına dövlət tərəfindən xüsusi diqqət ayrılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə musiqi təhsili inkişaf edir. Xüsusi vurğulamalıyam ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın da bu sahəyə məxsusi qayğısı var. Bütün bunlar göstərir ki, bu diqqət və qayğıların nəticəsi olaraq Azərbaycan muğamı , Azərbaycan aşıq sənəti , tar və onun ifaçılıq sənətiUNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib”.
Nazir əlavə edib ki, konfransın builki mövzusu musiqinin cəmiyyətdə yeri və rolu ilə bağlıdır.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kasainov deyib ki, son illər mötəbər beynəlxalq tədbirlərin Bakıda keçirilməsi əlamətdar hadisədir. Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti konfransının Azərbaycancada keçirilməsi də bu ənənənin davamıdır: "Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü qeyd edilir. Eyni zamanda, görkəmli bəstəkar Qara Qarayevin də 100 illiyi dövlət səviyyəsində qeyd olunur. Bütün bunlarla yanaşı, TÜRKSOY-un da yaranmasının 25-ci ildönümünü silsilə tədbirlərlə qeyd edirik".
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Li Higgins və Baysal Universitetinin professoru Uğur Alpaqut çıxış edərək konfransla bağlı məlumat veriblər.
Qeyd ediblər ki, konfransda musiqi təhsili üzrə dünyanın müxtəlif ölkələrindən 500-dən çox mütəxəssis iştirak edir. Konfrans çərçivəsində Bakı şəhərinin Heydər Əliyev Sarayında, "Hilton Baku” mehmanxanasında, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli Konservatoriyasında müxtəlif tədbirlər təşkil olunacaq.
Sonra dirijor Fuad İbrahimovun bədii rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri geniş konsert proqramı ilə çıxış edib.
banner

Oxşar Xəbərlər