• cümə, 19 Aprel, 09:56
  • Baku Bakı 13°C

Beynəlxalq müşahidəçi: İnsanlara öz seçimlərini sərbəst ifadə etmək üçün lazımi şərait yaradılıb

26.09.16 14:24 927
Beynəlxalq müşahidəçi: İnsanlara öz seçimlərini sərbəst ifadə etmək üçün lazımi şərait yaradılıb
Seçkilərə nəzərət üzrə Avropa Akademiyasının (ASMA) Rumıniyadan olan nümayəndəsi Dobra Dorin-Mircea sentyabrın 26-da Sumqayıtdakı seçki məntəqələrində ümumxalq səsverməsini izləyib.
Gün ərzində şəhərin bir neçə seçki məntəqəsində səsvermənin gedişi ilə tanış olan beynəlxalq müşahidəçiAZƏRTAC–ın müxbiri ilə söhbətində referendumun təşkili ilə bağlı məsələlərin həllindən razılığını ifadə edib: "İnsanlara öz seçimlərini sərbəst ifadə etmək üçün lazımi şərait yaradılıb. Hiss olunur ki, seçicilər Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı qabaqcadan məlumatlıdırılıblar. Ona görə səsvermə prosesi mütəşəkkil keçir. İndiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam”.
Qeyd edək ki, Sumqayıtda təşkil olunan seçki məntəqələrinin önündə Rəy Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqları, Müdafiə Liqası və LS Araşdırma Mərkəzi "exit-poll” keçirir.
banner

Oxşar Xəbərlər