“Beynəlxalq münasibətlər tarixi” adlı yeni dərsliyin təqdimatı olub
Bakı Slavyan Universitetində
(BSU) Beynəlxalq münasibətlər kafedrasının hazırladığı "Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və
orta əsrlər)” adlı dərsliyin təqdimatı olub.
Tədbirin əvvəlində çıxış edən universitetin
elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov dərsliyin tələbələr, o
cümlədən professor-müəllim heyəti üçün əhəmiyyətini qeyd edib. R. Novruzov
bildirib ki, Beynəlxalq münasibətlər kafedrasının dosentləri Ləman Qarayeva, Şəhla
Nuruzadə və Zümrüd Məlikovanın müəllifi olduqları dərslik elmi mənbələr əsasında
və Azərbaycan Respublikasının təhsil siyasətinə müvafiq şəkildə tərtib olunub.
O, deyib ki, müəlliflər dərslikdə qədim dövrdə və orta əsrlərdə dövlətlər
arasında beynəlxalq münasibətlərin özünəməxsusluqlarını ictimai həyatın digər tərəfləri
ilə sıx əlaqəli olan, eyni zamanda öz qanunlarına əsasən inkişaf edən xüsusi
reallıq kimi təqdim etməyə çalışıblar. "Beynəlxalq münasibətlər tarixi (Qədim
dövr və orta əsrlər)” dərsliyinin bütün universitetlərin istifadə edə bilməsi
üçün nəzərdə tutulduğunu deyən R. Novruzov müəllifləri yüksək səviyyəli əsər ərsəyə
gətirdiklərinə görə təbrik edib.
Kitabın müəlliflərindən dosent Zümrüd Məlikova
qeyd edib ki, "Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və orta əsrlər)” dörd
cildlik kitabın birinci hissəsidir. O. gələcəkdə bu dərsliyin üç cildinin də
çap olunmasının nəzərdə tutulduğunu deyib.
Zümrüd Məlikova qeyd edib ki, iyirmi
üç fəsildən ibarət olan dərslikdə hər müəllifin yeddi mövzusu öz əksini tapıb.
Sonra Z.Məlikovanın dərslikdə müəllifi olduğu mövzular barədə məruzəsi dinlənilib.
Həmmüəlliflərindən biri olan dosent Ləman
Qarayeva çıxışında bildirib ki, "Beynəlxalq münasibətlər tarixi (Qədim dövr və
orta əsrlər)” dərslikdə sistemləşdirilmiş proqram əsasında mühüm tarixi faktlardan ibarət şərhlər öz əksini
tapıb. L. Qarayeva diqqətə çatdırıb ki, dərslikdə beynəlxalq münasibətlərin
formalaşmasını və təkamülünü şərh edərkən tarixi yanaşma ilə yanaşı, siyasi və
müqayisəli təhlildən də istifadə edilib. Həmmüəllifqeyd edib ki, dərslik həm
bakalavrlar, həm də magistralr üçün nəzərdə tutulub.
Tədbirdə iştirak edən AMEA-nın Şərqşünaslıq
İnstitutunun baş elmi işçisi, BDU-nun Beynəlxalq münasibətlər kafedrasının
professoru Ramiz Sevdimalıyev nəşr olunan yeni dərslik barədə müsbət fikirlər səsləndirib.
O, yüksək səviyyəli mütəxəssislər tərəfindən ərsəyə gələn yeni dərsliyin siyasi
elmlərin inkişafına mühüm töhvə ölduğunu qeyd edib.
Tədbirin davamında BSU-nun
Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd, Azərbaycan
multikulturalizmi kafedrasının müdiri, dosent Hacı Rauf, Beynəlxalq münasibətlər
kafedrasının dosenti Alpay Əhmədov, beynəlxalq münasibətlər və regionşünaslıq
fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev, Beynəlxalq münasibətlər
kafedrasının müdiri professoru Habil Məmmədov dərslik barədə təssüratlarını
bölüşüblər.