• şənbə, 27 Aprel, 08:15
  • Baku Bakı 12°C

Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı tədbir keçirilib - Fotolar

02.03.17 12:10 786
Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı tədbir keçirilib - Fotolar
Binəqədi Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Binəqədi rayon Fövqəladə hallar və mülki müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə 3 saylı tam orta məktəbdə Beynəlxalq Mülki Müdafiə günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar komissiyasının sədri İlqar Süleymanov, FHN Mülki Müdafiə işinin təşkili baş idarəsinin Əhalinin və Ərazilərinin Mühfizəsinin təşkili idarəsinin rəisi, polkovnik leytinat Elman Əzizov, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov, FHN-nin Bakı Regional Mərkəzinin zabit heyəti, Rayonun İdarə təsərrüfat müəssisələri, 276, 83, 102 saylı məktəblərin təlim-tərbiyə üzrə direktor müavinləri, Rayon Ərazi MM qüvvələri, Rayon Qırmızı Aypara Cəmiyyətinin nümayəndələri, şagirdlər və müəllimlər iştirak ediblər.
Tədbirdə Mülki müdafiə qrupları tərəfindən fövqəladə hallar zamanı görülən zəruri təhlükəsizlik tədbirləri şərti olaraq göstərilib.
Sonra fövqəladə hallar zamanı istifadə olunan avadanlıqlar və geyim əşyaları ilə tanışlıq olub.
banner

Oxşar Xəbərlər