• şənbə, 20 Aprel, 03:25
  • Baku Bakı 15°C

Beynəlxalq Muğam Mərkəzində Rumıniya xalq musiqisi konserti olub

18.06.17 11:42 1740
Beynəlxalq Muğam Mərkəzində Rumıniya xalq musiqisi konserti olub
İyunun 17-də Beynəlxalq Muğam Mərkəzində Rumıniya xalq musiqisindən ibarət konsert olub.
AZƏRTACxəbər verir ki, konsert Azərbaycan və Rumıniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub. Konsertdən əvvəl çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku iki ölkə arasında münasibətlərdən, əməkdaşlıq perspektivlərindən danışıb. Qeyd edib ki, enerji, nəqliyyat sahələrində əlaqələr iki ölkəni daha çox yaxınlaşdırır. Azərbaycanın dinamik inkişafını vurğulayan Dan İanku Rumıniyanın ölkəmizlə iqtisadi sahədə əlaqələri daha da genişləndirməkdə maraqlı olduğunu bildirib. Səfir, həmçinin mədəniyyət və təhsil sahələrində əməkdaşlığı inkişaf etdirməyin əhəmiyyətini diqqətə çatdırıb.
Konsert proqramı ilə davam edən tədbirdə nəfəsli alətlərdə Daniel Pop, simli alətlərdə isə Doina Lavrik çıxış edib.
banner

Oxşar Xəbərlər