AZE | RUS | ENG |


Beynəlxalq Muğam Mərkəzində "Bayatı-şıraz" dəstgahı adlı konsert proqramı keçirilib

Beynəlxalq Muğam Mərkəzində
Beynəlxalq Muğam Mərkəzində "Bayatı-şıraz" dəstgahı adlı konsert proqramı keçirilib.

Trend-in məlumatına görə, Beynəlxalq Muğam Mərkəzinin Azərbaycan Dövlət Mədəniyət və İncəsənət Universiteti ilə birgə keçirdiyi konsertdə ecazkar muğamlarımızdan "Bayatı-Şiraz" səslənib.

"Bayatı-Şiraz” muğamı öz gözəl, axıcı melodikasına və dərin təsir qüvvəsinə görə musiqiçilər tərəfindən çox zaman "ərusi – musiqi” ("musiqinin gəlini”) adlandırılır. Bir çox xalq mahnılarımız və rəqslərimiz bu muğam üzərində yazılıb. Sovet bəstəkarı Eduard Artemyev "Bayatı-Şiraz" muğamı əsasında özünün məhşur əsəri olan "Mediyasiya"nı bəstələyib. Bu əsər Andrey Tarkovskinin "Stalker" (1979) filmi üçün yazılıb.

Görkəmli bəstəkarımız Süleyman Ələsgərov "Bayatı-Şiraz" simfonik muğamını və Fikrət Əmirov "Gülüstani-Bayatı-Şiraz" simfonik muğamını bəstələyib.

Beynəlxalq Muğam Mərkəzində keçirilən konsertdə tamaşaçılar xalq artisti Simarə İmanova və onun tələbələri - Fərhad Ramazanov, Xalid Zalışlı, Anar Abbasov və Famil Kərimovun ifasında "Bayatı-Şiraz" muğamını dinləyiblər. ifaçıları tarda Ramin Rzayev, kamançada Fərrux Həşimli, udda Elçin Hətəmli, nağarada Ağakərim Abbasov, balabanda Sübhan Əhmədov, qanunda Səbinə Məmmədli, qarmonda Məhəmməd Məmmədli, fotepianoda isə Fəridə Hüseynova müşayiət edib.

Konsertdə əməkdar artist, qiraətçi, ADMİU-nun dosenti Azad Şükürov da çıxış edib. Novruz ərəfəsində keçirilən daha bir konsert uğurla başa çadıb.

Beynəlxalq Muğam Mərkəzi bir daha tamaşaçılarına gözəl muğam axşamı bəxş edib. Mart ayında Beynəlxalq Muğam Mərkəzində daha bir neçə gözəl muğam axşamları keçiriləcək. 24 mart "Bahar nəğməsi" adlı muğam Konserti və 26 martda Natiq Ritm Qrupunun "Ritm varsa, həyat var" adlı solo konserti keçiriləcək. Biletləri şəhərin kassalarından, Asan Xidmət mərkəzlərindən və online iticket.az saytından əldə etmək mümkündür.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001