• çərşənbə axşamı, 16 aprel, 19:05
  • Baku Bakı 18°C

Beynəlxalq Miqrant Günü ilə əlaqədar tədbir keçiriləcək

17.12.17 09:30 2075
Beynəlxalq Miqrant Günü ilə əlaqədar tədbir keçiriləcək
Dekabrın 18-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin, Dövlət Miqrasiya Xidmətinin, Ombudsman Aparatının və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Miqrant Gününə həsr olunmuş tədbir keçiriləcək.
AZƏRTACxəbər verir ki, tədbirdə, həmçinin "Azərbaycandan miqrantların könüllü qayıdışına yardım” üzrə pilot layihənin təqdimatı olacaq.
Layihənin əsas məqsədi Azərbaycanda müxtəlif səbəblərdən qala bilməyən və ya qalmaq arzusunda olmayan, sığınacaqla təmin edilmək müraciətinə rədd cavabı almış şəxslərin, eyni zamanda, həssas vəziyyətdə olan miqrantların könüllü olaraq humanist və nizamlı şəkildə mənşə ölkələrinə qayıda bilmələri üçün mümkün yardımların göstərilməsidir.
Tədbirdə Ombudsman Aparatının, Dövlət Miqrasiya Xidmətinin, Mədəniyyət və Turizm Nazirliyinin, Avropa İttifaqının, BMqT-nin Azərbaycandakı nümayəndəliklərinin rəhbər şəxslərinin çıxışları nəzərdə tutulur. Eləcə də dövlət idarələrinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı planlaşdırılır.
banner

Oxşar Xəbərlər