• cümə, 26 Aprel, 10:46
  • Baku Bakı 12°C

Beynəlxalq Kosmik Stansiyadan ayrılan kapsul Yerə çatıb

11.11.18 14:23 450
Beynəlxalq Kosmik Stansiyadan ayrılan kapsul Yerə çatıb
Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılaraq geri qayıdan ilk kapsul planda nəzərdə tutulduğu kimi, noyabrın 11-də Yaponiya vaxtı ilə səhər saatlarında uğurla Yerə çatıb.
AZƏRTAC Yaponiya Kosmik Məkanın Öyrənilməsi Agentliyinə (JAXA) istinadla xəbər verir ki, kapsul səhər saat 7 radələrində Sakit okeandakı Oqasavara adaları yaxınlığında suya düşüb.
JAXA tərəfindən hazırlanan kapsul öz daxilində temperaturu sabit saxlayaraq, 2 min dərəcəyədək istiyə dözmək qabiliyyətinə malikdir. Kapsul tibbi tədqiqatlar məqsədilə BKS-in göyərtəsindən göndərilən protein kristallarını Yerə çatdırıb.
banner

Oxşar Xəbərlər