• çərşənbə, 24 Aprel, 01:26
  • Baku Bakı 14°C

Beynəlxalq ictimaiyyətə açıq mesaj: “Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik”

25.09.20 14:00 488
Beynəlxalq ictimaiyyətə açıq mesaj: “Biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik”
"Sülh və diplomatik üsullara sadiq olan Azərbaycan öz hərbi gücünü tanıyır və müharibə ehtimalını inkar etmir. Azərbaycan hərbi ritorikaya çağırmır, Azərbaycan hərbi əməliyyatlar vasitəsilə işğal olunmuş ərazilərinin adekvat vasitələr ilə qaytarılmasına hazır olduğunu bəyan edir.Beynəlxalq ictimaiyyət bilməlidir ki, bu sözlər hərbi ritorikanın təzahürü deyil. Bu sözlər tarixi ədalətin bərpasına dair bir çağırışdır.Ermənistan rəhbərinin danışıqlar prosesini " faktiki olaraq pozması” artıq Ermənistana inamın olmadığını açıq şəkildə nümayiş etdirir. Danışıqlar faktiki olaraq getmir. Cənab Prezidentin qeyd etdiyi kimi, "biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. O demək deyil ki, biz danışıqlardan imtina edirik, biz Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq istəmirik. Bu görüntü naminə aparılan danışıqlarda iştirakımız o görüntünün mahiyyətinə uyğun olacaqdır”.
19 sentyabr tarixində Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda "Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma tədbirindən sonra Prezident İlham ƏliyevinAzərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi müsahibəsini şərh edənmillət vəkili Tamam Cəfərova belə deyib.
Onun sözlərinə görə, danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirən Cənab Prezident Azərbaycan xalqının onunla tam razı olduğunu xüsusilə vurğulayıb və bildirib ki, o hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti deyib və bu, yeganə düzgün siyasətdir: "Xalq bilməlidir nələr baş verir, hansı yerdəyik, nədir bizim siyasətimiz, düzgün təhlil aparmaq üçün onlar düzgün məlumat əldə etməlidirlər.Vətəndaşların yaşından asılı olmayaraq könüllü hərbi xidmətə getmək üçün kütləvi şəkildə hərbi komissarlıqlara müraciətləri vətəndaşlarımızın ÖZ PREZİDENTİ ilə tam razı olduqlarının bariz nümunəsidir. Tovuz hadisələri zamanı Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən 43 siyasi partiyanın birgə, 4 siyasi partiyanın isə ayrılıqda Ali Baş Komandanın ətrafında birləşməsi bəyanatı ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının təzahürüdür”.
Millət vəkili bildirib ki, Cənab Prezidentin "Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir və bu, pandemiyaya görə baş vermir. Ermənistan baş nazirinin "Qarabağ Ermənistandır” ifadəsi danışıqlar prosesini mənasız edir” – fikri beynəlxalq ictimaiyyəti düşündürməlidir: "Cənab Prezident beynəlxalq ictimaiyyətə qəti mövqeyimizi bəyan edərək bildirdi ki, "Biz öz mövqeyimizdə dayanmışıq”. Azərbaycan Ermənistanın baş nazirinin cəfəng şərtlərini rədd edir və cəmi bir şərt irəli sürür: "onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, necə ki, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır. "Əgər onlar beynəlxalq hüququ yerə vururlarsa, biz niyə beynəlxalq hüququ gözləməliyik, biz də yerə vuracağıq, amma axırı pis olacaq onlar üçün” – cənab Prezidentin beynəlxalq ictimaiyyətə bu mesajını güc üstünlüyü, hüquq üstünlüyü, tarixi üstünlük, hərbi üstünlük Azərbaycanın tərəfində olduğu halda sonsuz səbrin nümayişinın mümkünsüzlüyü kimi qəbul etmək olar”.
banner

Oxşar Xəbərlər