• şənbə, 20 Aprel, 13:20
  • Baku Bakı 23°C

“Beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti daha da gücləndirəcək”

15.03.18 14:15 617
“Beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti daha da gücləndirəcək”
"Çoxtərəfli iclasın Bakıda keçirilməsi üçün şadam. Dost və qonşu Azərbaycan xalqına təşəkkür edirəm. Biz regional əməkdaşlığa sadiqliyimizi təsdiq edirik. İran güclü regiona inanır. İstəyirik ki, ikitərəfli, üçtərəfli və dördtərəfli əməkdaşlıqlar formalaşsın”.
APA-nın məlumatına görə, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin birinci dördtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, İran, Azərbaycan, Türkiyə və Gürcüstanı mədəni ortaqlıqlar bağlayır. Nazir bildirib ki, beynəlxalq hüquqa hörmət ölkələrin ərazi bütövlüyünə hörməti, regionda əməkdaşlığı daha da gücləndirəcək. "Enerji, tranzit, turizm, sənaye və texnologiya sahələrində əməkdaşlıq bütün region ölkələrinin inkişafına töhfə verə bilər. Fars körfəzi İranı Hind okeanı və Aralıq dənizinə birləşdirir və bununla biz region ölkələrinə daha rahat marşrut təqdim edirik. Gələcək iclaslarda bu sahələrlə bağlı daha geniş müzakirələr apara bilərik. Ümid edirəm ki, dördtərəfli əməkdaşlıq daha geniş əməkdaşlıq üçün imkan açacaq”.
İran XİN rəhbəri əlavə edibki, konkret əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi üçün işçi qrupu yaradılmalıdır.
banner

Oxşar Xəbərlər