• şənbə, 20 Aprel, 02:22
  • Baku Bakı 15°C

"Beynəlxalq hüquq son vaxtlar ümumiyyətlə işləmir"

26.05.18 22:19 670
"Beynəlxalq hüquq son vaxtlar ümumiyyətlə işləmir"
"Xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan,Dağlıq Qarabağmünaqişəsinin həllidir. Biz prinsipial mövqeyimizdən bir addım geri dönmürük və dönməyəcəyik.Dağlıq QarabağAzərbaycanın əzəli torpağıdır, bizim tarixi torpağımızdır”. APA-nın xəbərinə görə, bunu ADA Universitetində məzun günü ilə əlaqədar təşkil olunmuş tədbirdə çıxışı zamanı Azərbaycan prezidentiİlham Əliyevdeyib.
Dövlət başçısı qeyd edib ki, beynəlxalq hüququn normaları Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqləyir və bu məsələ ilə bağlı mötəbər beynəlxalq təşkilatların bir çox qərar və qətnamələri var: "Onların arasındaBMTTəhlükəsizlik Şurasının 4 qətnaməsi və digər mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri bizim mövqeyimizi daha da gücləndirir və münaqişənin həlli üçün hüquqi əsaslar yaradır. Son vaxtlar Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı,Avropa Parlamenti,Avropa ŞurasıParlament Assambleyası, ECO və digər təşkilatlar tərəfindən məsələ ilə bağlı qərarlar qəbul edilib. Bu məsələ ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir,BMTTəhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır”.
Prezident qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı bundan sonra da prinsipial siyasət aparacaq: "Ancaq bunu da yaxşı bilirik ki, bugünkü dünyada beynəlxalq hüquq heç də hər zaman işləmir. Son vaxtlar ümumiyyətlə işləmir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və əlbəttə ki, öz siyasətimizi dünyada mövcud olan real vəziyyətə uyğunlaşdırmalıyıq. Ona görə, əlbəttə, biz bundan sonra da həm iqtisadi sahədə, həm ordu quruculuğu sahəsində və digər sahələrdə öz gücümüzü artıraraq münaqişənin həllini yaxınlaşdırmalıyıq”.
"Bu gün dünyada güc amili ön plana çıxır. Biz bunu demək olar ki, hər gün görürük. Əlbəttə, biz bu istiqamətdə öz addımlarımızı atmışıq və atacağıq. Son illər ərzində ordu quruculuğuna ayırdığımız diqqət və qoyduğumuz vəsait bir daha göstərir ki, biz düzgün yoldayıq və bu yolu davam etdirəcəyik”, - deyə prezidentİlham Əliyevqeyd edib.
banner

Oxşar Xəbərlər