• cümə axşamı, 28 mart, 14:59
  • Baku Bakı 16°C

Beynəlxalq Gimnastika Federasiyasının Konqresinin ilk günü başa çatıb

02.12.18 21:30 525
Beynəlxalq Gimnastika Federasiyasının Konqresinin ilk günü başa çatıb
Bu gün Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresi başlayıb. Konqress öz işini dekabrın 3-də davam etdirəcək.
Trend-in məlumatına görə, FIG-in Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan Konqresdə 115-dən çox ölkədən ümumilikdə 300-ə yaxın nümayəndə iştirak edir.
Konqresin açılışındaçıxış edənAzərbaycanın gənclər və idman naziri Azad Rəhimov dünyada bu cür yüksək səviyyəli tədbirin Azərbaycan paytaxtında keçirilməsinin təsadüfi olmadığını bildirib:"Bakı qlobal nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilib. Bildiyiniz kimi, biz 2015-ci ildə İlk Avropa Oyunlarını, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını, Dünya Şahmat Olimpiadasını, Formula 1 Qran Prisini, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumunu, eləcə də ötən ay Dünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclaslarını və digər mühüm beynəlxalq tədbirləri təşkil etmişik. Bakının bu Konqresin keçirildiyi məkan kimi seçilməsi böyük fəxrdir".
Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe isə açılışdaçıxışı zamanıKonqresin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb: "Əminəm ki, Konqres öz işini uğurla başa çatdıracaq. Azərbaycan Gimnastika Federasiyasının işini yüksək qiymətləndiririk".

Budəfəki Konqresdə FIG-in prezidenti və texniki əlaqələndiricisinin, həmçinin ali qurumun hər bir gimnastika növü üzrə Texniki Komitələrinin prezidentlərinin hesabatları dinlənilib. Tədbirdə qurumun rüblük maliyyə planı da təsdiqlənəcək. Bundan başqa, FIG-ə yeni üzvlərin qəbulu, həmçinin hər hansı bir federasiyanın qurumdan xaric edilməsi məsələsi müzakirə ediləcək və növbəti Konqresin keçirilmə yeri müəyyən olunacaq.
FIG-in rəhbər orqanlarının, o cümlədən bu quruma üzv olan federasiyaların Konqresdən əvvəl irəli sürdükləri müxtəlif təkliflər bu iclasın gedişatında müzakirə olunub. Həmçinin beynəlxalq qurumun qaydalarına, Nizamnaməsinə edilə biləcək dəyişikliklərə və müxtəlif mükafatların verilməsinin təsdiqinə baxılıb.
Qeyd edək ki, Konqresdən əvvəl, noyabrın 29-da Bakıda FIG-in Prezident Komissiyasının iclası, noyabrın 30-dan dekabrın 1-dək isə ali gimnastika qurumunun İcraiyyə komitəsinin iclasları keçirilib.
Xatırladaq ki, 2017-ci ilin mayında Beynəlxalq Gimnastika Federasiyasının rəhbər orqanlarından olan FIG Şurasının iclası da məhz paytaxtımızda təşkil olunub.

banner

Oxşar Xəbərlər