• cümə axşamı, 28 mart, 20:24
  • Baku Bakı 13°C

Beynəlxalq erməni mafiyası növbəti dəfə ifşa olundu

09.11.18 13:45 495
Beynəlxalq erməni mafiyası növbəti dəfə ifşa olundu
Erməniçilik ideologiyasının başdan-başa cinayət və saxtakarlıq faktlarından ibarət olduğunu Almaniyada kəşfiyyat və xüsusi xifmət orqanlarının yenicə ortaya qoyduğu geniş hesabat bir daha sübut etdi.
Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
A.Quliyev qeyd edib ki, İspaniyanın ardınca Almaniya hökumətinin xüsusi araşdırmaları beynəlxalq erməni mafiyasının ifşasında önəmli tarixi əhəmiyyətə malikdir:"Bu mafiyanın ağır qətl və terrorlarda, partlayışlarda, şantaj əməllərində, quldurluqda, insan qaçaqmalçılığı və silah, narkotik ticarətində fəal iştirakçı olması faktlarla sübut olunur. Almaniyada erməni mafiyası ilə bağlı aparılan araşdırma ən azı iki unikal cəhəti ilə diqqət çəkir. Birincisi, bu mafiyanın Ermənistanın dövlət və siyasi elitası ilə əlaqələri, ikincisi isə Qarabağa qanunsuz səfərlər etmiş alman deputatların, idmançı və digər titulları olan şəxslərin bu mafiya ilə sıx işbirliyində olduğunun aydınlaşması. Faktlar sübut edir ki, dünyanın ciddi dövlət elitaları ilə işləmək imkanları getdikcə məhdudlaşan Ermənistan hakimiyyəti hətta mafiya ilə də əməkdaşlığa gedir".
Ekspert vurğulayıb ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış əlacsız qondarma rejimin rəhbərliyi mafiya üzvlərinin Qarabağa səfərlərini təşkil etməklə öz təcavüzkar planlarını dünyada tanıtmaq istəyir:"Maraqlıdır ki, Almaniya hökuməti araşdırmalara Ermənistan dövlətinin rəsmi təmsilçilərini cəlb etməkdən yan keçib və bunu erməni hakimiyyətində ayrı-ayrı şəxslərin mafiya ilə əlaqələrdə ola biləcəkləri ehtimalı ilə izah edib. Ermənistan hakimiyyətində Sarkisyanın komandasının açılıb-tökülən cinayət əməlləri Almaniya hakimiyyətinin öz ehtimallarında haqlı olduğunu sübut edir. Ermənistan dövlətinin etnik kriminal mafiya ilə gizli işbirliyi barədə deyilənlər tam təsdiqini tapır. Bununla da Azərbaycan Prezidentinin Ermənistandakı rejimin cinayətkar-xunta mahiyyəti barədə ardıcıl bəyanatlarının dünyada aparıcı rəyə çevrilmək imkanları dəfələrlə gücləndi".
Onun sözlərinə görə, təsdiqlənən daha bir maraqlı mətləb budur ki, dünya erməni lobbisinin əsasən kriminal mafiyadan ibarət olduğuna şübhə qalmır: "Aydın olur ki, Ermənistan dövlətinin yardım adı ilə erməni diasporundan aldığı pullar əslində mafiyanın çirkli pulundan başqa bir şey deyilmiş. Dünyanın başqa dövlətlərində də erməni mafiyasının araşdırılması davamlı tendensiyaya çevrilə bilər. Bu mənada Almaniyadakı erməni mafiya araşdırmaları tarixi əhəmiyyətli faktdır".
banner

Oxşar Xəbərlər